Bakı-Quba-Rusiya sərhədi yolunda işlər yekunlaşır

Bakı-Quba-Rusiya sərhədi yolunda işlər yekunlaşır

Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən M1 magistral yolunun 100 kilometrlik hissəsinin tikintisi yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, bu barədə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, artıq adıçəkilən yolda tamamlanma işləri aparılır:

"Rusiya sərhədinə qədər yeni inşa edilən avtomagistralın 100 kilometrə yaxın hissəsinin tikintisi bitmək üzrədir".

Xatırladaq ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən yol ödənişli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə