Elman Nəsirov: “Azərbaycanın güclənmə strategiyası Dağlıq Qarabağ probleminin həllində öz sözünü deyəcək”- DEBAT (SƏS TV)
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirov və həmin mərkəzin baş elmi işçisi Murtəza Həsənovun SİA-ya müsahibəsi:
- Gürcüstan Ermənistanla hərbi müttəfiqliklə bağlı saziş imzalamağı nəzərdə tutub. Sizcə, bu saziş Azərbaycan Gürcüstan münasibətlərinə nə dərəcədə zərər gətirə bilər?
Elman Nəsirov- Əslində son zamanlar belə bir informasiya daha böyük siyasi ajiotaja səbəb olub ki, Rusiya ilə Gürcüstan arasında imzalanan müqavilənin müddəti başa çatır və Gürcüstan parlamenti bəyan edib ki, o müqaviləni uzatmaq niyyəti yoxdur və buna xitam verir. Rusiya ərazisindən silah-sursatın, hərbi heyətin Ermənistana daşınması həmin müqavilə əsasında həyata keçirilirdi. Məlumat üçün nəzərinə çatdırım ki, ümumiyyətlə Ermənistanın xarici aləmə çıxışının 70 faizi məhz Gürcüstanın hesabına düşür. Bu nöqteyi-nəzərdən bu hadisə heç şübhəsiz ki, Ermənistanın öz siyasəti ucbatından düşdüyü blokada vəziyyətini daha da gərginləşdirdi və onun blokadasını mütləq vəziyyətə gətirib çıxardı. Amma bəli belə informasiyalar son zamanlar yayılmaqdadır ki, guya Gürcüstan Ermənistan arasımda hərbi müttəfiqlik məsələləri gündəmdədir və baş verə bilər. Mənə elə gəlir ki, bu məsələlərdə bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar. Burada terminlərin düzgün ifadə olunması mühüm rol oynayır. Müttəfiqlik münasibətləri başqa münasibətlərdir. Müttəfiqlik olanda həmin dövlət təcavüzə məruz qalarsa, onun müttəfiqi onu mütləq şəkildə müdafiə etməlidir. Belə bir müqavilənin Gürcüstanla Ermənistan arasında imzalanmasına inanmıram. Əslində Gürcüstan Azərbaycan münasibətləri çox yaxın və istidir. Xüsusilə də enerji sahəsində bu münasibətlər çox böyük inkişafa malikdir. Mənə elə gəlir ki Gürcüstanla Ermənistan arasında imzalanacaq sənəd yaxın qonşuluq münasibətlərinin inkişafı ilə bağlı müəyyən sənəd ola bilər. Amma Gürcüstanla Ermənistan arasında hərbi müttəfiqlik müqaviləsinin imzalanacağına inanmıram.
- Kifayət qədər aktiv zonada yerləşən Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı ictimai etirazlar mövcuddur. Sizcə bu stansiyanın bağlanmasına Ermənistan tərəfi etiraz edə bilərmi?
Murtəza Həsənov - Ermənistan buna etirazını bildirə bilməz. Çünki dünyada artıq nüvə stansiyalarından imtina etmək kimi problemlər var. Ən son Yaponiyada baş verən zəlzələdən sonra nüvə stansiyaları dünya cəmiyyətində geniş müzakirə obyektinə çevrilib. Əslində Ermənistanda olan Metsamor nüvə stansiyası çox köhnə bir stansiyadır. 1988-ci ildə Ermənistanda baş verən zəlzələ zamanı stansiya ziyan çəkdi və az da olsa sızmalar olmuşdu. Belə olan halda Ermənistan stansiyanı bağladı və qısa zaman kəsiyində onu açdı. Burada ən təhlükəli vəziyyət stansiyanın Türkiyəyə 16 kilometr yaxın məsafədə yerləşməsidir. Bu mövzu Türkiyə cəmiyyətində geniş müzakirəyə səbəb olub və onun bağlanması üçün Türkiyədə mübarizə aparılır. Bildiyiniz kimi, Ermənistan hər mövzuda dünya fikirlərinə qarşı gəlir və bu stansiyanın da bağlanmaması üçün əlindən gələni edəcək. Hətta Ermənistanda yeni stansiyaların açılmasına çalışanlar var, amma nədənsə dünya dövlətlərinin Ermənistana heç bir təsiri yoxdur. Ermənistanın tərəfini tutan böyük dövlətlər var. Ona görə də çox təəssüf ki bu stansiyanın bağlanmasını yalnız Azərbaycan, Türkiyə istəyir.
Elman Nəsirov - Mənə elə gəlir ki, Ermənistanda yerləşən elektrik stansiyanın bağlanması üçün indi daha yaxşı imkanlar yaranıb. Hazırda bu məsələ ilə bağlı Azərbaycan, Türkiyə, Gürcüstan çox böyük fəal siyasət aparır. Burada ən maraqlı cəhət ondan ibarətdir ki, Yaponiyada baş verən hadisədən sonra iş o yerə gəlib çıxıb ki, Ermənistanın özün də, ictimaiyyət arasında bu stansiyanın bağlanması ilə bağlı tələblər artıb. Hətta müxalifətin mitinqlərində də bu məsələ irəli sürülməkdədir. Belə olan təqdirdə hesab edirəm ki, hazırda stansiyanın bağlanması istiqamətində yaxşı imkanlar açılıb. Bunu Avropa Şurası Parlament Assambleyası da tələb edir. Ermənistan 2011-ci ildə stansiyanı bağlamağı nəzərdə tuturdu. Lakin son məlumatlara görə düşmən ölkə həmin stansiyadan 2016-cı ilə qədər istifadə etmək niyyətindədir. Mənə elə gəlir ki, indiki vəziyyətdə onun bağlanması ehtimalı böyükdür, sadəcə Ermənistan maksimum istəyir ki, beynəlxalq təşkilatlardan bu istiqamətdə daha çox qazanc əldə etsin. Bilirsiniz ki, Metsamor ikinci nəsil Atom Elektrik Stansiyasıdır, ən müasir indi üçüncü nəsildir, dördüncü nəsil isə plandadır. Mənə elə gəlir ki, Ermənistan stansiyanı kompensasiya etməklə yanaşı, ən müasirinin tikilməsinə nail olmaq istəyir. Amma onu da etiraf edək ki, Ermənistan seysmik zonada yerləşir, istənilən halda təhlükə yaşanacaq. İnformasiya üçün onu qeyd edim ki, bütövlükdə dünyada 438 atom elektrik stansiyası var. Birinci və ikinci nəsil atom elektrik stansiyası əksəriyyətni təşkil edir. ABŞ bundan ən çox istifadə edən dövlətdir və onun 81 belə stansiyası var və o özünün enerjiyə olan tələbatının 8 faizini məhz onun hesabına ödəyir.
- Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq öz silah sursatı ilə sərhəd bölgələrində təlim keçirməyi planlaşdırır. Artıq bu məsələ Ermənistanı böyük təşvişə salıb. Ermənistanın bu məsələdə narahat edən nədir?
Elman Nəsirov - Azərbaycanın son keçirdiyi hava hərbi təlimləri Ermənistanda böyük narahatçılığa səbəb olub. Ermənistan daxili gərginlik içindədir. Azərbaycanın bu sahədə böyük üstünlüyü var. Biz üstünlüyü deyirdik, lakin onun nümayişi böyük rezonansa səbəb olub. Onlar hazırda bu gərginliyin ifadəsi olaraq tank qoşunları ilə hərbi təlimlər həyata keçirdilər. Necə deyərlər əzələ nümayişi siyasəti müşahidə olunmaqdadır. Hadisələr belə inkişaf edərsə, müharibə variantı qaçılmaz olacaq. Çünki prezidentlər səviyyəsində danışıqların əsası 1999-ci ildə qoyulub. Həmin ildən sonuncu Soçi görüşünə qədər 43 dəfə prezidentlər səviyyəsində görüş olsa da nəticə yoxdur. Dövlət başçısı özü də deyib ki, irəliləyiş bizim üçün nəticə deyil. Nəticə odur ki, torpaqlarımız geri qayıtsın. Bu gün 2011-ci ildə bizim 3 milyard 150 milyon dollar hərbi büdcəmiz var, bu Ermənistanın ümumi büdcəsindən 815 milyon çoxdur. May ayında büdcəmizə yenidən baxılacaq və bu rəqəmin artma ehtimalı da mümkündür.
Belə olan təqdirdə biz məsələnin 3 həlli yolunu görürük. Onun ikisi dinc, biri hərbi yoldur. Dinc yol odur ki, Azərbaycanın artan iqtisadi, hərbi gücü vadar edir ki, Sarkisyan nəhayət siyasi iradə nümayiş etdirir və hesab edir ki, belə bir vəziyyətin perspektivi yoxdur və siyasi iradəsi nəticəsində sənədlərə imza atır və məsələ dinc yolla həll olunur. Amma onun davranışı göstərir ki, onun heç bir siyasi bazası olmadığından o belə bir addım atmayacaq. Əksinə o daha çox daxili auditoriyaya ünvanlanan daha populist bəyanatlar verəcək. Bu daha gözlənəndir. Ona görə də bu variantın üstündən xətt çəkmək olar. İkinci variant odur ki, həmsədrlər Ermənistanı sülhə məcbur edirlər və deyirlər ki, yeniləşmiş Madrid Prinsiplərini Azərbaycan qəbul edir sən niyə qəbul etmirsə. Beləliklə, onlar Ermənistanı sülhə vadar edirlər. Lakin bu da hiss olunmur. Belə olan halda hərbi yol aktuallaşır. Azərbaycanın güclənməsi, Ermənistandan dəfələrlə güclü olması ona gətirib çıxara bilər ki, birinci və ikinci variant işləsin. Onlar görərlər ki, Azərbaycan 100 faiz müharibəyə başlayacaq o zaman birinci və ikinci variantlar işə düşə bilər. Hələlik bunun əlamətdarı yoxdur. Hesab edirəm ki, Azərbaycanın güclənmə strategiyası bu məsələnin həllində öz sözünü deyəcək.
- Bu gün Moskvada keçiriləcək Azərbaycan Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə yenilik gətirə biləcəkmi?
Elman Nəsirov- Moskva görüşü prinsip etibarı ilə həmsədrlərin fevral və aprel ayında regiona səfəri zamanı planlaşdırılıb. Bu görüşdən sonra Vaşinqton səfəri nəzərdə tutulub. Daha sonra onlar may ayında yenidən regiona səfər edəcəklər və iyun ayında bu görüşlər prezident səviyyəsində olacaq. Əsas plan budur. Xarici işlər nazirlərinin görüşündə əsas məqsəd onun ardınca Vaşinqtonu məlumatlandırmağa xidmət edir. Prinsip etibarı ilə bu görüşlər növbəti prezidentlər səviyyəsində görüşün hazırlanması üçün müəyyən mərhələ funksiyası daşıyır. Hələlik Soçi görüşündən sonra 9 yaşlı uşağın ermənilər tərəfindən vurulması, bunun ardınca Xankəndində aeroportun tikilməsi ilə bağlı Ermənistanın cəhdləri və prezidentin və xarici işlər nazirlərinin verdikləri bəyanatı ona dəlalət edir ki, Ermənistanın mövqeyindən konstruktiv nəsə gözləməyin mənası yoxdur. Bu baxımdan Moskva səfərindən ciddi bir irəliləyiş olacağına inanmıram.
Murtəza Həsənov - Moskva görüşündən nəsə gözləmək çox çətindir. Münaqişə başladıqda burada Azərbaycan və Ermənistan var idi, lakin sonradan tərəflər meydana çıxdı ki, bu da Türkiyə və Rusiyadır. Rusiya dini baxımdan Ermənistana yaxın olduğundan onun yanında yer aldı. Türkiyə isə soy baxımından Azərbaycan tərəfində yer aldı. Üçüncü tərəf də beynəlxalq təşkilatlar dayanır. Orada bütün özəl şirkətləri ruslar alıb. 1999-cu ildən prezidentlər arasında görüşlər heç bir nəticə vermir. BMT-nin bununla bağlı 4 qətnaməsi olsa da arxasında dayanmır. Ermənistana sanksiyalar tətbiq edilməlidir.
Elman Nəsirov- Bizim bəyənmədiyimiz qətnamələr ki var gələcəkdə o sənədlər bizə lazım olacaq. Siyasi qərarlar qəbul etmək üçün həmin sənədlər bizim istinad sənədimiz olacaq. Onlar bizim üçün hüquqi arqumentlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB