FHN intensiv yağan yağışların Ağstafada törətdiyi fəsadlar barədə məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN ) intensiv yağan yağışların Ağstafada törətdiyi fəsadlar barədə məlumat yayıb.
SİA FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-nin aidiyyəti nümayəndələri cəlb edilib, hadisə yerində müvafiq tədbirlər görülüb. Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.
Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.
Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB