Operativ Qərargah: Azərbaycanda koronavirusa 70 yeni yoluxma faktı qeydə alınıb

Operativ Qərargah: Azərbaycanda koronavirusa 70 yeni yoluxma faktı qeydə alınıb

Ölkəmizdə 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq, evə buraxılıb.

SİA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197 min 545 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə