Rusiyada son bir gündə 11 min 656 nəfərə koronavirus diaqnozu qoyulub. SİA xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 221 min 344 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 94 nəfər artaraq 2 min 009-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 39 min 801 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 6 min 169 nəfər .
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə Böyük Britaniyanı geridə qoyub. Krallıqda indiyədək 219 min 183 nəfərə COVID-19 diaqnozu qoyulub.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB