Mütəxəssislər koronavirusun mutasiyası barədə nə düşünür? - ARAŞDIRMA

Mütəxəssislər koronavirusun mutasiyası barədə nə düşünür? - ARAŞDIRMA

Tədqiqatlar göstərir ki, yeni növ koronavirus mutasiyaya davam edir və yeni daşıyıcısı olan insanlara uyğunlaşmaq üçün dəyişir. İndiyə qədər minlərlə koronavirus nümunəsindən gen ardıcıllığını araşdırmaq üçün bir çox araşdırma aparılıb. SİA-nın araşdırmalarına görə, Los Alamos Milli Laboratoriyasının hazırladığı son məlumatlara görə, 'Bütün Qrip məlumatlarını Paylaşmaq üçün Qlobal Təşəbbüs' (GISAID) adlı verilənlər bazasından istifadə edərək, virusun xaricə doğru çıxan tutacaq hissələrində fərqlər meydana gəlməyə başlayıb.

Bu və bənzəri 14 belə mutasiyanı aşkar edən mütəxəssislər bu dəyişikliklərdən birinin çox narahatlıq yaradığını qeyd edirlər. D614G adlanan bu mutasiya digərlərinə nisbətən daha dominant xüsusiyyətlərə malikdir və virusu daha çox yoluxucu edir.

London Kollecindəki İngilis alimlər də həmçinin dünyada 7 min 500-dən çox virus nümunəsini araşdıraraq 198 böyük və kiçik mutasiyanı aşkar edə biliblər. Bununla birlikdə, Los Alamos hesabatından fərqli olaraq, bu mutasiyaların heç birinin hazırda narahatlığa səbəb ola biləcək bir xüsusiyyəti olmadığı bildirilir.

Şotlandiyanın Qlazqo Universitetində edilən müayinələrdə, baş verən mutasiyaların heç birinin virusun yeni bir virus olaraq təsvir edilməsi üçün yetərli olmadığı qeyd edilib. Ancaq bu araşdırma əvvəllər Çində aparılmış bir araşdırmaya da zidd idi. Çində aparılan araşdırmaya görə, virus əvvəldən iki növ ilə yayılıb və onlardan biri digərindən daha aqressiv olub.

Bütün bu araşdırmalar bizə nə deyir?

Bəzi mütəxəssislər eyni virusun birdən çox növünün olması fikrini düzgün yanaşma hesab etmir və bunun tək bir növ olduğunu iddia edirlər. Bəzi mütəxəssislər isə yalnız bir növün olduğunu, ancaq bu daim hərəkət edən və dəyişən bir növ olduğunu deyirlər.

Bəzi mütəxəssislər bir mutasiyanın əhəmiyyətli bir dəyişikliyə səbəb olacağına inanırsa, indi fərqli bir virus hesab edilməsi gərəkdiyinə inanırlar.

Bəzi mütəxəssislər, gen dəyişiklikləri fərqli nəticələr verərsə, onu fərqli bir virus olaraq təyin etməyi üstün tuturlar. Bir sözlə, elm dünyası hələ bu nöqtədə ortaq bir qərara gəlməyib.

SARS-CoV-2 daha təhlükəli hala gəlir?

Genetiklər və bioloqlar, mutasiyaları aşkar edə bilsələr də, bunun mənasını vermək və qəti bir şey söyləmək hələ tez olduğunu qəbul edirlər. Təxmini hesablamalara görə virus zəifləyib və daha təhlükəli və yoluxucu hala gəlib.

Britaniyanın Warwick Universitetindəki molekulyar onkoloqların fikrincə, virus yüksək dərəcədə və sürətlə mutasiya etmir və onun daha aqressiv bir növə çevrilməsi ssenarisi indiyədək fərziyyələrdən kənara çıxmayıb.

Bu mutasiyalar vaksin və dərman inkişaf səylərinə necə təsir edəcək?

London Kolajındakı mutasiyaların, virus ardıcıllığında virusun yerləşməsinin homojen olmadığı diqqətə çatdırılıb. Beləliklə, gen quruluşunun bir hissəsi qalanlarına nisbətən daha çox mutasiya olunur. Bu səbəblə, daha az dəyişən bölmələri hədəfləyəcək dərman və ya peyvənd tədqiqatlarına diqqət edə biləcəkləri müzakirə olunur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə