Təhsil Nazirinin müavini: “Dövlət qulluqçusunun hansı təhsil işçilərinə şamil edilməsi işçi qrupun aparacağı iş əsasında müəyyənləşəcək”

Təhsil Nazirinin müavini: “Dövlət qulluqçusunun hansı təhsil işçilərinə şamil edilməsi işçi qrupun aparacağı iş əsasında müəyyənləşəcək”
Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması məqsədilə işçi qrup yaradılacaq. SİA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib. O bildirib ki, dövlət qulluqçusunun hansı təhsil işçilərinə şamil edilməsi məsələsi işçi qrupun aparacağı iş əsasında müəyyənləşəcək. Nazir müavinin fikrincə, bütün bu işlər sərəncamda qoyulan vaxt ərzində olacaq.

E.Qasımov həmçinin, azərbaycanlı tələbələrin xaricdə təhsil alması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda dünyanın 50 ölkəsindən 7000-ə yaxın əcnəbi tələbə ali təhsil alır. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, xarici tələbə kontingenti arasında ən nizam-intizamlısı və təhsil göstəriciləri yüksək olanları çinli tələbələrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə