Heydər Əliyev tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olub, Azərbaycanı dünyaya tanıtmış, Azərbaycanı mürəkkəb zamanın dalğaları arasından salamat çıxarmış Ümumilli Liderimizdir.
Dünya tarixinə Cavanşir, Babək, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Şah İsmayıl Xətai, Nadir Şah kimi qüdrətli şəxsiyyətlər bəxş etmiş Azərbaycan xalqı iyirminci yüzillikdə daha bir şəxsiyyəti - Heydər Əliyevi yetişdirib.
Heydər Əliyev 80 illik ömrünün 60 ilindən çoxunu xalqının xidmətinə həsr etmişdir. Ulu öndərimiz Azərbaycan xalqının bu günü və gələcəyi naminə əlindən gələni əsirgəməmişdir.
Heydər Əliyevi xalqa sevdirən, yaxınlaşdıran ən mühüm cəhətlərdən biri də onun doğma Azərbaycan dilinə olan münasibətidir.
‘’Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımiz, tariximiz, ənənənlərimizdir.’’
Azərbaycan dili ölkəmizdə yeganə dövlət dilidir və Ulu Öndərimizdə həmişə bu dildə təmiz, aydın danışıb.
Ulu Öndərimiz xalqımıza üç böyük sərvət bəxş etmişdir: dövlət müstəqilliyimiz, əsrin neft kontraktı və layiqli varis möhtərəm Prezidentimiz İlham Əliyev!
Məhz bu üç sərvət Azərbaycanın hal-hazırdada Azərbaycanın sürətli inkişafını təmin edir.
Heydər Əliyevin zəngin ideya irsində milli təhsil və tərbiyə ilə bağlı çox dəyərli fikirləri vardır ki, biz bunları dərindən öyrənməli və gələcək nəsillərə çatdırmağa borcluyuq.
Azərbaycan xalqının Ümümmilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyəti Heydər Əlirza oğlu Əliyevin əziz və işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində abədi yaşayacaqdır!
Hüseyn QURBANOV,
YAP-ın gənc fəalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB