65 yaşdan yuxarı şəxslərlə bağlı yumşalma qərarı verilə bilər

65 yaşdan yuxarı şəxslərlə bağlı yumşalma qərarı verilə bilər

"Qarşıdakı günlərdə yaşı 65-dən yuxarı olan şəxslər üçün karantin rejiminin yumşaldılması ilə bağlı qərar verilə bilər". SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələ gündəmdədir: “Qarşıdakı günlərdə bununla bağlı qərar veriləcək. Ancaq gənclərin böyükləri qorumaq üçün atacaqları addımlardan da çox şey asılıdır”.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə