Maskadan istifadə məcburi xarakter daşıyır

Maskadan istifadə məcburi xarakter daşıyır

"Koronavirusa yoluxanlarının sayının artması təbii prosesdir. Bunu gözləyirdik. Burada insanların səhlənkarlığı da rol oynayır". SİA-nın verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, insanlar sosial məsafəni gözləmirlər: "Yoluxma sürəti insanların qaydalara riayət etməsindən asılıdır. Dünya təcrübəsində də sərt karantin qaydalarından çıxış zamanı müəyyən qaydalar tətbiq edilir. Tibbi maskaların istifadəsi məcburidir. Vətəndaşlar bu istiqamətdə üstünə düşəni yerinə yetirməlidir. Məcburi hala gətirilməsi təlabatı artıra bilər, lakin tibbi maskaların təminatında hələ problem yoxdur. Düşünürük ki, maskaların qıtlığı yaransa belə evdə parçalardan hazırlana bilər. Bunun üçün evdə çaska hazırlanması üçün təlimatlar hazılamışıq və onlar broşur hallında yayımlanacaq. Hərarət, öskürək və təngənəfəslik varsa mütləq evdə qalın və 103-ə zəng edin".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə