"Koronavirusun ikinci dalğası yaşanır" TƏBİB sədri

"Koronavirusun ikinci dalğası yaşanır" TƏBİB sədri

"Açılışı olan ilk modul tipli xəstəxana çarpayı fondu ehtiyatımızı daha da artırmış oldu. Bu dövr ərzində aparılmış işlər haqqında Milli Məclisin Səhiyyə Komitəsinı məlumat verilmiş və millət vəkill sualları cavablandırılmışdı". SİA-nın verdiyi məlumata görə, bunu TƏBİB-in sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

R.Bayramlı bildirib ki, artıq ilk olaraq immun plazma plazma köçürməsi həyata keçirilib: "Nəticə haqqında yaxın müddətdə məlumat veriləcək. Belə ki, dinamikə göstərir ki, xəstəliyin ikinci dalğası yaşanır. Bu statistikalar və aparılmış araşdırmalar zamanı artıq bəlli idi və xəbərdarlıq edilmişdi".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə