Dənizdə, hovuzda və SPA salonlarında koronavirusa yoluxmaq mümkünsüzdür. SİA-nın xəbərinə görə, İspaniyanın Elmi Tədqiqatlar üzrə Yüksək Şurasının (CSIC) alimləri apardıqları tədqiqatın nəticələrinə əsasən bu qənaətə gəliblər.
Tədqiqat müəllifləri bildiriblər ki, dəniz suyunda mövcud olan duz virusun məhv olmasına kömək edir. Hovuz və SPA-salonlarında isə dezinfeksiyaedici maddələrdan istifadə olunduğu üçün bu maddələr virusun məhvinə səbəb olur. Bununla yanaşı, sauna və hamamlarda havanın temperaturu 60 dərəcəyə qədər yüksək saxlanıldığı üçün burada virusun yaşama şansı sıfıra bərabərdir
Mütəxəssislərin fikrincə, çaylar, göllər, şirin su və digər təmizlənməmiş su obyektlərində virusun sağ qalması daha yüksəkdir. Bu baxımdan həmin əraziləri ziyarət edərkən həddindən artıq ehtiyat tədbirləri görülməlidir.
Alimlər qeyd edib ki, koronavirusa yoluxma riski çimərlik və ya su anbarının sahilində mümkünlüyünü qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB