Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində dünya müsəlmanlarına müraciət

Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində dünya müsəlmanlarına müraciət

Cari il mayın 1-də Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Kardinal Miguel Angel Ayuso Guiksotun Ramazan ayı münasibətilə dünya müsəlmanlarına ünvanlanmış müraciəti yerləşdirilmişdir. SİA-nın verdiyi məlumata görə, ingilis, fransız, italyan və ərəb dillərində dərc olunmuş müraciətdə Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya səfəri zamanı Heydər Məscidini ziyarət edərkən etdiyi çıxışa aşağıdakı istinad yer alır:

“In this regard, it is worthwhile to recall what Pope Francis said when he made a visit to the Heydar Aliyev Mosque, in Baku (Azerbaijan) on Sunday, 2 October 2016: "Meeting one another in fraternal friendship in this place of prayer is a powerful sign, one that shows the harmony which religions can build together, based on personal relations and on the good will of those responsible".

“Bu baxımdan, Roma Papası Fransiskin 2 oktyabr 2016-cı il tarixində Bakıdakı (Azərbaycan) Heydər Əliyev məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissi ilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq birlikdə qura biləcəyi harmoniyaya güclü bir işarədir.”

Müraciətin tam mətni bu linkdədir: http://press.vatican.va/content/salastampa/it/bollettino/pubblico/2020/05/01/0257/00561.html

Bütün xəbərlər Facebook səhifəmizdə