Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb
AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi ictimai təşkilatının “İnterclover” beynəlxalq layihəsinin diplomuna layiq görülüb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədqiqatçı alim 15 aprel 2020-ci il tarixdə Elmi-Tədqiqat və tədris-metodiki müəsissə əməkdaşlarının və ali məktəb müəllimlərinin iştirak etdiyi müsabiqəyə “Naxçıvan və Şərqi Anadolu dialekt və şivələrində sözyaradıcılığı problemi” adlı ingilis dilindəki monoqrafiyasını layihə şəklində təqdim edib.
Beynəlxalq müsabiqənin bu günlərdə açıqlanan nəticələrinə görə Zülfiyyə İsmayıl dilçilik və ədəbiyyatşünaslıq sahəsində II dərəcəli diploma layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB