"Yaşı 65-dən yuxarı olan əməkdaşlar işə cəlb edilməyəcək"

"Yaşı 65-dən yuxarı olan əməkdaşlar işə cəlb edilməyəcək"

Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız işə cəlb olunmayacaq. SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

H.Məmmədov qeyd edib ki, karantin rejimi mayın 31-dək uzadıldığından Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tapşırıqlarına riayət ediləcək:

"Qərara görə, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxması qadağan edildiyi üçün həmin yaş həddində olan metropolitençilər də işə cəlb edilməyəcəklər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə