Bakı Metropoliteninə dəymiş maddi ziyan hesablanmayıb

Bakı Metropoliteninə dəymiş maddi ziyan hesablanmayıb

Karantin dövründə Bakı Metropoliteninə dəymiş maddi ziyan hesablanmayıb. SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, karantin dövründə daşınmayan sərnişinlərin sayı müəyyən edilib: "Lakin biz dəymiş ziyanı pula çevirməmişik. Onu deyə bilərəm ki, metro bağlanandan bu günə qədər orta hesabla 29 milyon sərnişin itirmişik".

Qeyd edək ki, metroda gediş haqqının 30 qəpik olduğunu nəzərə alsaq, 29 milyon sərnişin itkisi 8 milyon 700 min manat gəlirdən məhrum olmaq deməkdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə