Azad olmayan təşkilat: qeyri-obyektiv hesabat

Azad olmayan təşkilat: qeyri-obyektiv hesabat

Haqq və ədalətin inkarı: “Freedom House”un qərəzli hesabatları

Biz dəfələrlə Qərbin bir sıra təşkilatlarının hazırladıqları qeyri-obyektiv və qərəzli hesabatlara çox rast gəlmişik. Onların sırasında insan haqları ilə bağlı olanlar da var. Ayrıca erməni lobbisinin maraqlarına xidmət göstərən üzdəniraq “Freedom House” təşkilatının hazırladığı “hesabatları” və tərtib etdiyi mətbuat azadlığı üzrə “reytinq cədvəlləri” çox əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlmir. Konkret olaraq, əgər Qərb dövlətləri Ermənistanda seçki saxtakarlığının, korrupsiyanın olduğunu, insan haqlarının tapdandığını dedikləri bir vaxtda “Freedom House” yenə də bu forpost dövləti “qismən azad” hesab edir. Bu qədər Aərbaycana qarşı ikili standartlarla davranmaq, ikiüzlülük, haqsızlıq, yalançılıq və saxtakarlıq olar! Qəribədir ki, özünü demokratiyanın "beşiyi" sayan bir geosiyasi məkanda bir sıra məsələlər üzrə “ulaq inadkarlığı” göstərilir. Ancaq anlamaq lazımdır ki: başqasına quyu qazanın özü nə vaxtsa quyuya düşür! Həm də bu cür davranmaqla nüfuzdan düşürlər, artıq cəmiyyətlər onlara nümunə kimi baxmırlar. Əksinə, haqsızlıq mənbəyi olaraq görürlər. Strateji aspektdə itirən kim olur?

"Amerikanın səsi” də bu saxtakarlığa qoşulub

Belə ki, “Freedom House” növbəti hesabatında işğalçı Ermənistan rəhbərliyinə təriflər yağdıraraq iddia edib ki, guya Nikol Paşinyanın ölkəsində “siyasi liberalçılığı və hakimiyyətə gəlişi “DQR”ə müsbət təsirlər göstərib” (?!-R.H.) Yəni göründüyü kimi, bu saxta təşkilat Azərbaycanın de-fakto ərazilərini qondarma respublika olaraq göstərib. Xatırladaq ki, “Freedom House” həmin “hesabatını” illik “Freedom in the World 2020” məruzəsi ətrafında ictimailəşdirib. “Freedom House”nin saxta məruzəsini digər saxtakarlığa yol verən “Amerikanın səsi” dç məlumat yayıb. Görünür, erməni lobbisi bu dəfə də kisəsinin ağzını geniş açaraq, anti-Azərbaycan fəaliyyətini işə salmağa cəhd göstərib. Çünki həmin “məruzədə” o da qeyd olunur ki: “Arsax” ərazisində sentyabrda keçiriləcək yerli seçkilər ərəfəsində vətəndaş cəmiyyətinin aktivliyi və rəqabət artıb, 2020-ci ildə keçiriləcək “prezident” və “parlament” “seçkiləri” ilə bağlı əlavə dəyişikliklər platforması formalaşdırılıb” .

Bu qurumlar zaman-zaman “DQR”i qismən azad ölkə kimi tanıdıqlarını əks etdirən hesabatlar yayıblar!

BMTM “Freedom House”un Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqeyini kəskin tənqid edib

“Freedom House” tərəfindən 2020-ci ilin mart ayında yayımlanan Dünya üzrə Azadlıq Hesabatında son bir ildə dünyada baş verən bir çox proseslər, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı qiymətləndirmə aparılıb və şərh verilib. Hesabatda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı da müəyyən fikirlər söylənilib: «Hesabatda Ermənistanda baş nazir Nikol Paşinyan tərəfindən həyata keçirilən və geniş tənqidlərə səbəb olan siyasi proseslər gözardı edilərək, ümumilikdə N.Paşinyanın siyasəti ölkəsi üçün “müsbət işarə” kimi qiymətləndirilib. Lakin bu səhv hesabat müəlliflərinin Azərbaycanın ərazi bütövlüyünə və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə nəticəsində 30 il əvvəl öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan Azərbaycan vətəndaşlarının fundamental hüquqlarına qarşı göstərdikləri etinasızlıqla müqayisədə daha az əhəmiyyət kəsb edir. Hesabat müəllifləri iddia edirlər ki, N.Paşinyanın siyasi kursu son bir il ərzində Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin qətnamələrini kobud şəkildə pozaraq qanunsuz şəkildə işğal etdiyi və tamamilə nəzarətdə saxladığı Dağlıq Qarabağa “müsbət təsir” edib.

Bu qiymətləndirməni edən “Freedom House” ekspertləri nəzərə almayıblar ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı apardığı siyasəti “müsbət” qiymətləndirilən Nikol Paşinyanın hakimiyyəti müddətində Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı münaqişənin həlli istiqamətində Yerevan tərəfindən heç bir müsbət addım atılmayıb. Tamamilə əksinə olaraq onun güclənən ksenafobik və təcavüzkar ritorikası və danışıqlarda qeyri-konstruktiv mövqeyi regionda vəziyyəti daha da ağırlaşdırıb və münaqişənin həlli prosesini daha da çətinləşdirib. N.Paşinyanın əksər siyasi əməlləri və bəyanatları, xüsusilə də “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” ifadəsi və onun Ermənistanın iddialarını əsaslandırmaq üçün Kral Tiqranın dövründə mövcud olmuş “Böyük Ermənistan” ideyasına istinad etməsi ümumilikdə Yerevanın islaholunmaz şovinizmini və irredendist iddialarını bir daha nümayiş etdirir.

Qaragüruh və radikal müxalifətçilər “Freedom House”nin çətiri altında erməni lobbisinin marağına xidmət edir

Yuyulmamış qaşıq kimi, ortaya atılan, qrantlara bütün mənəviyyatlarını, mənliklərini satan qaragüruh və radikal müxalifətçilər erməni lobbisinin marağına xidmət edərək “Freedom House”nin hər qərəzli hesabatına dəstək olaraq sosial şəbəkələrdən çağırışlar edirlər. Çünki özlərini siyasi müxalifət adlandıran bu qaragüruhçu, radikal müxalifət də zaman-zaman insan hüquqları və s. kimi məsələlərdə başlarını ermənilərin ələaltıları olublar. Əgər belə olmasa idi, bu gün AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, “Milli Şura”nın sədri Cəmil Həsənli və sairləri bugünlərdə ictimailəşdirilmiş saxta “məruzəylə” bağlı etiraz səslərini ucaldardılar. Amma bunu etmədilər. Nəticədə hər şey gün kimi aydındır – bu gün Azərbyacan əleyhinə fəaliyyət göstərənlər yalnız erməni lobbisinin tapşırıqları əsasında var-gəl edən xarici təşkilatlar deyil, eləcə də onlara züy tutan radikal müxalifət də ortadadır...

Azərbaycan bir nümunədir, dövlət quruculuğu aspektində sanballı modeldir

Ancaq əsassız faktlara əsaslanan bu qərəzli hesabatı hazırlayanlar hələ dəanlaya bilmirlər ki, Azərbaycan dünyəvi müsəlman ölkəsi kimi Cənubi Qafqazın lideri, bu məkanın ən sürətlə inkişaf edən və daim müstəqil siyasət yeridən tək dövlətidir.

Azərbaycan bir nümunədir, dövlət quruculuğu aspektində sanballı modeldir. Azərbaycan Prezidenti siyasi cəhətdən çox fəaldır, tez-tez regional və qlobal əməkdaşlıq modelləri təklif edir. Onlar qəbul olunur və fayda verirlər. Azərbaycan Prezidenti sistemli olaraq islahatlar həyata keçirir. Xarici iş adamlarını ölkəyə sərmayə qoymağa dəvət edir və onlar milyardlarını Azərbaycana etibar edirlər.

Azərbaycanın dövlət başçısı dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən bir sıra proqramların təşəbbüskarıdır. Azərbaycan enerji siyasəti ilə regional və qlobal əməkdaşlığa böyük töhfələrini verməkdədir. Nəqliyyat sahəsində ciddi əməkdaşlıq həyata keçirir. Azərbaycan artıq Cənubi Qafqazın geosiyasi qovşağı funksiyasını yerinə yetirir.

Beləliklə, bu böhtançı qurumun aşkar həyasızlığı ortadadır və bir daha qeyd etmək yerinə düşərdi ki, bu Azərbaycana qarşı yönələn ilk belə hal deyil. Məsələn, xatırlatmaq olar ki, “Freedom Hoise” kimi erməni lobbisinin qucağında oturub-duran saxtakar təşkilat tək deyil. Belə ki, “Human Rights Watch” kimi təşkilatlartın da qərəzləri arxasında dayanan əsas təkanverici mənbə Qərbdə fəaliyyət göstərən güclü və kifayət qədər kapitala malik olan erməni lobbisidir. Eyni zamanda, “Human Rights Watch”la yanaşı digər təşkilatlar – “Sərhədsiz Reportyorlar” və sairləri də bu “missiyaya” xidmət edirlər.

Ancaq bu qərəzli hesabatları hazırlayan qərəzli qurumlar anlamalıdır ki, Azərbaycan bu regionun parlayan ulduzudur. Onun inkişafının qarşısını kəsməyə çalışan hər bir qüvvənin arzusu gözündə qalacaq. Azərbaycana atılan heç bir ləkə özünü doğrultmayacaq. Çünki "Azərbaycan dünyaya doğan bir Günəşdir"! Günəş isə ləkə götürmür.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə