Siyasətdə Cəmil Həsənli sindromu…

Siyasətdə Cəmil Həsənli sindromu…

Yaxud haqsızlıqla düşmən dəyirmanı arasında

Belə bir deyim var: Həyatda qəribəliklər çoxdur. Bəzən onlar elə absurd məzmun kəsb edir ki, insan çox təəccüblənir: Yəni belə də ola bilərmiş? Yadımdadır, Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra “FETÖ” şəbəkəsinə qarşı geniş təhqiqatlar başlayarkən “Milli Şura”nın sədri , daha doğrusu Əli Kərimlinin ipli kuklası Cəmil Həsənli bundan qəzəblənərək başladı Azərbaycan dövlətinə qarşı adət etdiyi əsassız ittihamlar irəli sürməyə. Qəribə deyilmi? Necə deyərlər, soğan yeməməisən, içni niyə göynəyir? O zaman sual yaranır - C.Həsənli bu cür məntiqsiz və ədalətsiz davranışlarının arxasında hansı məqamlar dayanır? Cəmil Həsənlinin xisləti bəllidir və bundan sonra da belə olacaq. Çünki satqının Vətən, xalq məhfumunundan çox-çox uzaq olan, sapı özümüzdən olan erməniqulbeçəsində "vicdan" da satılıb. Erməni şərini həqiqət kimi azərbaycanlıların üzünə çəkməyin başqa adı yoxdur.

İndi də koronavirus bütün dünyanı ağuşuna aldığı bir zamanda. Cəmil Həsənli kimi satqın virusla yenə əsassız böhtanlarından əl çəkmir. Yaşının bu ahıl çağında yalan danışmaqdan, hərzə-hədyan deməkdən, gözə kül üfürməkdən usanmır. Yazıqlar olsun! Saxta yolla özünə təqaüd düzəldib, dövlətdən hər ay iki min manat alan belə mənəviyyatsızlardan hansı ədalətdən, dürüstlükdən dəm vura bilər? Heç olmasa deyilənləri o kar qulaqlarınla eşit, görülənləri kor olan gözlərinlə gör – Azərbaycan koronavirusa qarşı ən kamil mübarizə aparan ölkələrdəndir. Hamımız dəmir nizam-intizama nail olmalıyıq və hamı qanuna tabe olmalıdır. Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və digərləri Azərbaycan xalqının düşmənləridir. Və bu gün xalqla hökumətin bir yerdə olması həmin insanlara sərf etmir. Bir də ailəyə, millətin mental xüsusiyyətlərinə, dövlətə xəyanət edən Cəmil Həsənli və onun kimi başı boşuna ağardan cəmillər çoxdur.

Siyavuş Novruzov: "Erməni mənşəlilər və erməni çörəyi yeyənlər…"

YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Siyasi mühacir” adı ilə xaricə sığınan antimilli ünsürlər və “beşinci kolon” nə üçün indi fəallaşıb" sualına "Erməni mənşəli olanlar və erməni çörəyi ilə qidalananların məhz indi xüsusi fəallıq nümayiş etdirmələri koronavirus infeksiyasının (COVID-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında təxirəsalınmaz tədbirlər həyata keçirdiyi uğurlu addımlardır. Yəni, pandemiya şəraitində də ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi, milli həmrəylik özünü ən yüksək səviyyədə göstərir.

Təbii ki, anti-Azərbaycan dairələrin, erməni lobbisinin və ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən “sapı özümüzdən olan balta”lar Azərbaycanın bu müsbət reallıqlarından ciddi narahatlıq duyduqlarına görə hərəkətə keçiblər. Onlar koronavirusun yayılmasına qarşı mübarizə məsələsi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə gerçəkliyə uyğun olmayan məlumatlar, daha doğrusu, dezinformasiyalar ortaya atmaqla sosial immuniteti azaltmağa, operativ və səmərəli tədbirlərin üzərinə kölgə salmağa, hətta vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçün xüsusi karantin rejiminin uzadılmasını manipulyasiya predmetinə çevirməyə çalışırlar. Çünki erməni lobbisinin maliyyəsi əsasında “fəaliyyət” göstərən bu antimilli ünsürlərin istəyi Azərbaycanda vəziyyətin gərginləşməsi, ölkəmizin xaos və anarxiya meydanına çevrilməsidir. Ona görə də onlar ölkədə koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayının artmasını, Azərbaycanın dərin sosial-iqtisadi problemlərlə üzləşməsini istəyirlər ki, bu məsələlərdən istifadə edərək Ermənistanın mənafeyinə uyğun, dövlətimizin maraqlarına zidd təbliğat kampaniyası apara, vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yarada bilsinlər. Bu isə birmənalı olaraq Vətənə, xalqa və dövlətə xəyanətin bariz nümunəsi - əyani ifadəsidir".

Cəmil Həsənli korafahimliyi…

Korafahimlik böyük bəladır. Görünür, ağı-qara görməsi Cəmil Həsənli kimi virusun nə vaxtsa sağalacaqı mümkünsüzdür. Hansı ki, öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən şəxs bunu etməz. Ancaq Cəmil Həsənli bunu etdi. Çünki Cəmil Həsənli heç vaxt Azərbaycan dövlətinin mənafelərini öz şəxsi mənafeyindən üstün tutmağı bacarmayıb. Bir də, C.Həsənli nə bir alim, nə də keçmiş deputat və siyasət adamı kimi Azərbaycan dövlətinin təəssübkeşi olduğunu göstərə bilməyib. ir. O bütün imkanlardan istifadə edir ki, Azərbaycanın adı daim “qara siyahı”larda olsun və ölkəmizə qarşı hansısa təzyiqlər edilsin. Ancaq Azərbaycan cəmiyyəti kifayət qədər intellektual cəmiyyətdir və onun kimilərin bu cür çağırışları Azərbaycan cəmiyyətini ciddi şəkildə narahat edəcək məsələlər deyil. Görünür, bu korafahimliyi ilə koronavirusun "qurbanına" çevriləcək.

Siyasi marionetlərin maskaları yırtılır

"Xalq, xalq" deyən radikal müxalifət üçün nə qədər paradoksal olsa da, bir şans idi. Ancaq bu çətin, ağır günlərdə məsuliyyətini və xalqla birliyini nümayiş etdirə bilmədi, çünki şeytan xislətlidirlər. Və belələrinin danışıqları xalqımıza heç də maraqlı deyil. Çünki onlar özləri başdan-ayağa kimi çirkaba bulaşmış viruslardır, danışıqları da iyrəncdir. Və bu siyasi quldur və Vətən xainlərindən, üzüdönüklərdən və yolunu azanlardan daha adam olmaz.

Beləliklə, dediyim budur ki, yollarını azanları nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmir. Çünki hər kəsə çox gözəl bəllidir ki, üzüdönüklərdən, yollarını azanlardan fərli adam olmaz...Yaxşı olar ki, bu viruslar özləri üçün narahat olmağa başlasınlar...

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə