Ceyhun Osmanlı: “Prezidentin bir görüşdə bu qədər problemin həllinə qərar verməsi dünyada az rast gəlinəcək gözəl bir nümunədir”
"Ötən gün ölkə başçısının təşəbbüsü ilə baş tutan görüş mənim üçün bir növ sürpriz xarakteri daşıdı". Bu sözləri millət vəkili Ceyhun Osmanlı ötən gün ölkə başçısının gənclərlə görüşü ilə bağlı SİA-ya verdiyi açıqlamasında deyib. Görüşün 2 saatdan çox davam etdiyini dilə gətirən millət vəkili bildirib ki, görüş zamanı hər söz alan görüş iştirakçısı bir yox, eyni zamanda bir neçə məsələni qaldırıb. Onun sözlərinə görə, görüşdə qeyd olunan məqamlardan biri gənclərimizin peşə hazırlığında ciddi problemlə üzləşməsi, əksər peşə məktəblərinin dövrün tələbləri ilə ayaqlaşmaması, peşə məktəblərinin texniki cəhətdən yenilənməsi idi ki, bu məsələni dəstəkləyən prezident İlham Əliyev bununla bağlı xüsusi proqramın hazırlanacağı ilə bağlı məlumat verib.
"Ən yaddaqalan və uğurlu məqam ondan ibarət idi ki, biz nəinki suallarımıza cavab alırdıq, hətta onların həlli ilə bağlı prezidentin yerindəcə qərar qəbul etməsinin, bir çox məsələnin həllinin isə 2011-2015-ci illər Gənclərlə bağlı Dövlət Proqramına salınması barədə göstəriş verməsinin şahidi olduq. Bu isə əlbəttə ki, bizlər üçün qürurverici idi. Ümumiyyətlə düşünürəm ki, görüşdə qaldırılan məsələlərin həlli Azərbaycan gənclərinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını təşkil edəcək"- deyə C. Osmanlı qeyd edib.
Görüşdə tələbələr olduğundan daha çox tələbələri düşündürən məsələlərə toxunulduğunu dilə gətirən millət vəkili vurğulayıb ki, görüşdə xüsusilə tələbələrin universitet həyatının tək tədris baxımından yox, həm də sosial - mədəni tədbirlər baxımından maraqlı olması, tələbə özünüidarə strukturlarının universitet həyatında daha fəal təmsil olunması məsələsi önə çəkilib.
Onun sözlərinə görə, görüşdə həmçinin tələbə yataqxanalarının qıtlığının regiondan Bakıya təhsil dalınca gələn tələbələrin həyatına əngəl törətdiyi bildirilib: "Görüş zamanı Azərbaycanda vahid tələbə kartının tətbiqi və bu kartı daşıyan tələbələrin müəyyən endirimlərdən istifadə edə bilməsinin mümkünlüyü də müzakirə edilib. Təbii olaraq tələbə stipendiyalarının yüksəlməsi məsələsi də gündəmə gəlib ki, ölkə başçısı buna da müsbət yanaşmasını nümayiş etdirib. Onu deyə bilərəm ki, prezidentin gəncləri başına toplayıb 1 görüşdə bu qədər problemin həllinə qərar verməsi dünyada az rast gəlinəcək gözəl bir nümunədir. Mən bu görüşün Azərbaycan gənclərinin inkişafı tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab edirəm. Gənclərin öz problemlərini ölkənin 1-ci şəxsinə birbaşa çatdırdığı formata nail olunması, fikirlərin azad və sərbəst şəkildə ifadə olunmasına bütün şəraitin yaradılması ən yüksək bir dialoq və əməkdaşlıq nümunəsi idi. Ən çox sevindiyim məqamlardan biri ölkə başçısının prezidentin bu görüşü bəyəndiyini və bu formatda görüşün davamlı keçirilməsinin vacibliyini vurğulaması olub".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB