Böyük Vətən Müharibəsi iştirakçılarına ərzaq və maddi yardımlar edilib FOTOLAR

Böyük Vətən Müharibəsi iştirakçılarına ərzaq və maddi yardımlar edilib FOTOLAR

Bu gün Nəqliyyat Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar Respublika Komitəsi faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Böyük Vətən Müharibəsi iştirakçılarını təbrik edərək, onlara ərzaq və maddi yardımlar edib. SİA-nın verdiyi məlumata görə, görüşdə Komitənin sədri Seymur Orucov bildirib ki, II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının xüsusi rolu olub. Onun sözlərinə görə, Böyük Vətən Müharibəsində döyüşən Azərbaycan oğul və qızlarının qəhrəmanlıq səlnaməsi müasir dövrdə Azərbaycan əsgərinə ruh yüksəkliyi verir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun maddi-texniki bazası ən müasir hazırlıq səviyyəsinə qaldırılıb.

Seymur Orucov bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərildiyini bildirib.

Böyük Vətən Müharibəsi veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə