Folklor nümunələrinin qorunması üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət ediləcək

Folklor nümunələrinin qorunması üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət ediləcək
Azərbaycan folklor nümunələrinin qorunması haqqında konvensiya qəbul etməsi üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edəcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

O bildirib ki, belə bir konvensiyanın qəbul olunması Azərbaycanın folklor nümunələrinin ermənilər tərəfindən mənimsənilməsinə qarşı mübarizə aparılmasına yardım edə bilər: "Hazırda bütün dünyada folklor nümunələrinin müəlliflik hüququ yoxdur. Azərbaycan ilk dəfə olaraq "Folklor nümunələrinin qorunması haqqında" qanun qəbul edib. Biz çalışırıq ki, bu konvensiyaya qəbul edilməklə bütün dünya ölkələri öz üzərinə öhdəliklər götürsünlər".

K. İmanov ermənilərin təkcə folklor nümunələrini deyil, müasir bəstəkarların əsərlərini də öz adlarına çıxdıqlarını söyləyib: "Həmin bəstəkarların ailə üzvləri belə faktlar aşkarlayarsa, bizə müraciət etməli və biz bu məlumatları rəsmiləşdirib beynəlxalq təşkilatlara göndərilməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə