Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən kütləvi informasiya vasitələrinin dilinə dair yeni tələb müəyyənləşib. SİA-nıln xəbərinə görə, qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.
Qeyd edək ki, indiyə qədər “Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı.
Müzakirələrdən sonra qanuna təklif edilən dəyişiklik III oxunuşda qəbul edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB