Polis vətəndaşlara tibbi maskalar payladı

Polis vətəndaşlara tibbi maskalar payladı

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır:

"Növbəti belə tədbirlərdən biri də paytaxtın Xəzər rayonunda baş tutub. Belə ki, maddi yardımların verilməsi ilə bağlı Binə qəsəbəsindəki poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara mindən çox tibbi maska paylayıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə