"İnsanlar adı qoruyucu maskanı geyinməyi belə özlərinə əziyyət bilirlər" ÖZƏL - AÇIQLAMA

"İnsanlar adı qoruyucu maskanı geyinməyi belə özlərinə əziyyət bilirlər" ÖZƏL - AÇIQLAMA

"Ölkəmizdə aparılan işlər nəticəsində nə qədər yoluxmaların sayı azalmışdı. Artıq bir neçə gündür ki, karantin qaydaları yumşaldılıb və insanlar bir qədər özlərini sərbəst hiss edirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Millət vəkili bildirib ki, ilk modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyev çıxış etdi və xüsusilə də karantin rejimi ilə əlaqədar, karantin rejiminə əməl olunmaması ilə əlaqədar çox dəyərli fikirlərini səsləndirdi:

"Dövlət başçımız ölkədə koronavirus pandemiyasının qarşısını almaq üçün çox böyük işlər görüb. Lakin, Prezidentin də qeyd etdiyi kimi və mən də bu fikirlərlə razıyam, çox təəssüflər olsun ki, bizim insanlarımız bu qaydalara riayət etmirlər. Sadəcə olaraq adı qoruyucu maskanı geyinməyi belə özlərinə əziyyət bilirlər. Hər bir insan başa düşməlidir ki, o tək özünü qorumur, o özünü qorumaqla bərabər ətrafındakıları, ailə üzvlərini, ümumilikdə, cəmiyyəti qoruyur. Bu məsələ şəxsən bir vətəndaş kimi məni də ciddi narahat edir".

Hər bir insanın bu dövr ərzində qoruyucu vasitələrdən istifadə etməsinin vacibliyini vurğulayan Eldar İbrahimov qeyd edib ki, heç kəs virusdan sığortalanmayıb:

"Əgər kimsə də bu virusa yoluxubsa bu ilk dövrlərdə özünü biruzə vermir. Bu sonradan ortaya çıxır. Ölkəmizdə aparılan işlər nəticəsində nə qədər yoluxmaların sayı azalmışdı. Artıq bir neçə gündür ki, karantin qaydaları yumşaldılıb və insanlar bir qədər özlərini sərbəst hiss edirlər. Evdən çölə çıxarkən, bazara, mağazaya və s. ictimai yerlərə gedərkən qoruyucu vasitələrdən istifadə etməli və bütün qaydalara riayət etməlidirlər. Bunlar bizim sağlamlığımız üçündür. Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb ki, ən vacib məsələ əhalinin sağlamlığıdır. Bizə insanlarımızın sağlamlığı lazımdır. Hər bir vətəndaş, hamımız başa düşməliyik ki, biz hər birimiz sadə qaydalara riayət etmək etməliyik. Özümüzü qorumalıyıq və özümüzü qorumaq cəmiyyətimizi qorumaq deməkdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə