II yarım il üzrə şagirdlər üzrə qiymətləndirmə aparılmayacaq

II yarım il üzrə şagirdlər üzrə qiymətləndirmə aparılmayacaq

Ümumtəhsil səviyyəsində 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin qiymətləndirilməsinin aparılması nəzərdə tutulmur. SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, şagirdlər və müəllimlər arasında KSQ və BSQ kimi tanınan qiymətləndirmələrin aparılması nəzərdə tutulmur: “Şagirdlərin illik qiymətləndirilməsinin çıxarılması üçün 1-ci yarımil üzrə qiymətlər əsas götürüləcək və onun əsasında illik qiymətlər çıxarılacaq, bununla şagird növbəti sinifə keçiriləcək. Qiymətlərdən narazı qalan şagirdlər dərs ili öncəsi məktəblərə müraciət edərək qiymətlərini yaxşılaşdıra bilərlər”.

Ceyhun Bayramov: 2019-2020 II yarım ili üzrə şagirdlər arasında qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulmur. Yəni kiçik və böyük summativ testlər aparılmayacaq. 2020 I yarım il üzrə nəticələri və qiymətləri əsas götürüləcək. Öz nəticələrindən razı olmayanlar və qeyri-kafi, 2 qiyməti almışlarsa məktəbə müracət edib öz qiymətlərini yaxşılaşdıra bilərlər. Distan şəkildə 1200 dərsin yayımı həyata keçieilmişdir. Bunun nəticəsini ölçmək üçün İyun ayı ərzində hər 3000-6000 nə qədər ölçmələr və qiymərləndirmələr həyata keçirəcək. Biz bu sayədə proqramın mənimsəmə səviyyəsini öyrənəcəyik.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə