Yaşayış binalarında koronavirusa yoluxma riskinin ən yüksək olduğu YERLƏR
“Yaşayış binasında koronavirusa yoluxma riskinin ən yüksək və ən təhlükəli olduğu yer lift və bina girişidir”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Corc Mason Universitetinin (ABŞ) Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova bildirib.
Onun sözlərinə görə, əgər birindən öncə liftə virusa yoluxmuş şəxs daxil olubsa, lift qapalı məkan olduğu üçün virusun orada uzun müddət qalma ehtimalı böyükdür: “ Belə olan halda virus daşıyıcısından sonra liftə daxil olan başqa birinin virusa yoluxması qaçılmazdır”.
Bioloq lift əvəzinə mümkün qədər pilləkənlərdən istifadə etməyi tövsiyə edib.
Bununla yanaşı, Baranova qeyd edib ki, virus hava damcı yolu ilə keçdiyindən geniş otaqlar infeksiyanın yayılması baxımından daha təhlükəsizdir: “İctimai nəqliyyatlar da hava az olduğundan virusun yayılmas riski daha yüksəkdir. Küçə ictimai nəqlaiyyatla müqayisədə daha təhlükəsizdir. Lakin hazırda pandemiya davam etdiyi üçün hər iki halda yoluxma qaçılmazdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB