Karantin rejiminin yumşalması dəmiryolu qatarlarında özünü necə göstərir? RƏSMİ AÇIQLAMA

Karantin rejiminin yumşalması dəmiryolu qatarlarında özünü necə göstərir? RƏSMİ AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” da Nazirlər Kabinetinin müvafiq qərarına əsasən regional və beynəlxalq istiqamətdə sərnişindaşımaları dayandırıb. Lakin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının işə gedib-gəlməsinin səmərəli təşkil edilməsi vacib olduğundan bizim qatarlarıız Abşeron dairəsi üzrə məhdud qrafiklə də olsa hərəkətdədirlər”. SİA-nın xəbərinə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 4-dən ölkəmizdə tətbiq olunan yumşalma tədbirlərindən sonra aparılan monitorinqlər göstərdi ki, səhər və axşam saatlarında sərnişin sayında sıxlıq yarana bilir: “Bildiyiniz kimi qatarlarda sərnişin tutumu 396 yerdən ibarətdir. Lakin statistikaya əsasən məlum oldu ki, səhər axşam saatlarında 500-dən çox sərnişinin daşınması həyata keçirilir. Ona görə də, Azərbaycan Dəmir Yolları tərəfindən qabaqlayıcı tədbirlər görülərək həmin istiqamətə əlavə qatarın təmini həyata keçirilib. Bununla da vətəndaşlarımıza sosial məsafəyə rahat əməl etmək imkanı yaradılıb”.

Qurumun mətbuat katibi söyləyib ki, Azərbaycan dövləti pandemiya dövründə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir: “Yerdə qalan məsələlər vətəndaşlarımızın sosial məsuliyyətindən asılıdır. Dövlətin gördüyü tədbirlər çərçivəsində də “Azərbaycan Dəmir Yolları” QSC də müvafiq addımlar ataraq, qabaqlayıcı tədbirlər görüb. Belə ki, sərnişinlərin sağalamlığı və təhlükəsizliyini qorumaq məqsədilə bütün stansiya və platformalarda dezinfeksiyaedici qurğular fəaliyyət göstərir, sərnişinlərlə təmasda olan xidməti işçilər tibbi maska və qoruyucu vasitələrlə təmin olunublar. Xidməti işçilər hər gün yoxlanışdan keçdikdən sonra fəaliyyətə başlayırlar. Bununla yanaşı kassalarda vətəndaşların sıxlıq yaratmaması üçün məsafə saxla lövhələri quraşdırılıb”.

N. Bayramova qeyd edib ki, qatar daxilində bələdçi heyəti tərəfindən sosial məsafəni qorumayanalara xəbərdarlıq edilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə