Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Zirvə görüşü zamanın həmrəylik çağırışıdır
Bu günlər dünyanı çalxalayan koronavirus pandemiyası zamanında Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşününü keçirilməsi, ilk növbədə keçirilməsi ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisidir. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq.
Göründüyü kimi, bu Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Zirvə görüşündə ölkə başçısı Azərbaycanın koronavirusla mübarizə modelini dünyaya təqdim edərkən faciənin qarşısının alınması üçün həmçinin, dünyaya yol göstərdi. Və konfransda ölkə başçısı bəyan etdi ki, dövlətlər bir-birindən təcrid olunmalı deyillər. Çünki pandemiya ilə əlaqədar qlobalizasiya prosesi dayandırılıb.
Dövlətləri və millətləri birləşdirən uğurlu siyasət
Bu gün bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir. Həmçinin, reallaşdırılan sosial-iqtisadi dəstək proqramları, genişmiqyaslı antiböhran tədbirlər də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Və Azərbaycan dünya üçün qlobal düşüncəni təqdim etdi. Bu, həmçinin dövlətləri və millətləri birləşdirən siyasət oldu. Bu siyasət Azərbaycan tərəfindən təqdim olundu. Azərbaycanın gördüyü işlər təkcə bu gün yox, gələcəkdə də öyrəniləcək.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü də bunu göstərir. Və Zirvə görüşündə Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Cənab Prezidentin qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə əməkdaşlığa böyük ehtiyac var. Zirvə görüşündə Prezident İlham Əliyev koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini
xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğu kimi, ölkəmizdə də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən təxirəsalınmaz, çevik və zəruri qabaqlayıcı tədbirləri diqqətə çatdıraraq, pandemiya dövründə insanların sağlamlığının və onların sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan dövləti üçün prioritet məsələ olduğunu qeyd edib: "Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir".
Dövlətimizin başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu da xüsusi ilə diqqətə çatdırdı. Son üç həftə ərzində ölkəmizdə əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsi, xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olması görülən tədbirlərin əyani göstəriciləri olduğu Zirvə görüşündə vurğulandı.
Cozef Borrell: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə sadiq qalır"
Budur, Azərbaycanın böyük diplomatik uğuru. Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Zirvə görüşündə dövlət başçısı böyük diplomatik uğura imza atdı və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə Aİ-nin dəstəyini ifadə etdi. Cozef Borell Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərlə bağlı sorğuya cavab verərək bildirib ki, Avropa İttifaqı Azərbaycan da daxil olmaqla bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə sadiq qalır. Bu 2017-ci il Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsində açıq şəkildə qeyd edilib. C.Borell Avropa İttifaqının münaqişələrin müəyyən edilmiş formatda sülh yolu ilə həllini dəstəkləməyə sadiq olduğunu da bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstinə gəldikdə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini və təkliflərini dəstəkləməkdə davam etdiyi Ali Nümayəndə tərəfindən vurğulanıb.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin Xarici Fəaliyyət Xidmətinin sözçüsünün 31 mart 2020-ci il tarixində verdiyi bəyanatda Aİ-nin Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident və parlament seçkiləri"nin konstutision və hüquqi çərçivəsini tanımadığını bir daha təkrar edərək, bu hadisənin Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticələrinə xələl gətirə bilməyəcəyini də vurğulayıb.
Bu yerdə bu faktı da qeyd etmək lazımdır ki, ötən ilin oktyabr ayında baş tutan Bakı sammiti çərçivəsində, artıq bu dəfə daha da irəli gedərək Hərəkatın üzvləri Ermənistanı adı ilə İŞĞALÇI adlandırdılar! Bu, dünyanın 120 dövlətinin, yəni, planetin təqribən üçdə iki hissəsinin mövqeyidir!
Beləliklə, dünyada hökm sürən böhran və münaqişələrin, soyuq müharibə dövrü üçün xarakterik geosiyasi çəkişmələrin gərginləşməsi, terrorizmin yeni forma və təzahürlərinin meydana çıxması, habelə asimmetrik hədə və təhdidlər, son zamanlar isə koronavirus pandemiyası bəlası fonunda dövlətimizin başçısı tərəfindən xarici siyasət sahəsində müəyyən olunan strateji hədəflər dövrün tələblərini özündə ehtiva edir və uzunmüddətli perspektivdə ölkəmizin davamlı inkişaf və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşımaqlda yanaşı, həmçinin Prezidenti İlham Əliyevin bu təşəbbüsü qlobal miqyasda koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfədir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB