Qoca Şərqin Qapısı ELMİ - ANALİTİK

Qoca Şərqin Qapısı ELMİ - ANALİTİK

Qədim dövrlərdə Naxçıvandan Azərbaycanın digər şəhərlərinə, eləcə də İrana, Hindistana, Orta Asiya ölkələrinə karvan yolları, Naxçıvanı Şərq ölkələrindəki ən böyük şəhərlərlə qovuşdurduğuna görə bu diyar “Şərqin qapısı” adlandırılıb. Mustafa Kamal Atatürk isə Naxçıvanı “Türkün qapısı” kimi tərənnüm edib.

Naxçıvan öz yeraltı və yerüstü sərvətləri ilə zəngin bir diyar olmaqla bərabər, tarixi boyu azərbaycan xalqına İsmayıl xan Naxçıvanski, Cümşüd xan, Ehsan xan, Kəlbalı xan kimi hərbçi generallar, Həbibulla və Toğrul Şahtaxtinskilər, Cəlil Məmmədquluzadə, Yusif Məmmədəliyev, Həsən Abdullayev, Həsən Əliyev, Cəlal Əliyev kimi tanınmış alimlər və Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev kimi dünya şöhrətli şəxsiyyətlər bəxş edib. Naxçıvan torpağının yetişdirdiyi tapixı şəxsiyyətlər, elm, mədəniyyət, siyasət sahəsində danılmaz izlər qoyublar. Əgər XX əsrdə türk millətinin xiaskarı və qurucusu, türk dövlətinin quruluşunda öz dəsti xəttini qoymuş Qazi Mustafa Kamal Atatürkdürsə, XX əsrin sonunda azərbaycan xalqının həyatında müstəsna dönüş yaradaraq, Azərbaycan kimi müstəqil dövlətin əsasını qoymuş böyük tarixi şəxsiyyət bu torpağın yetişdirməsi olan Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir. 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin müstəsna xidmətləri hesabına Azərbaycan Respublikası vətəndaş müharibəsindən, parçalanmadan xilas olaraq öz müstəqilliyini qurmuş, pespublikada baş verən ictimai-siyasi böhranlar aradan qaldırılmış, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin davamlı inkişafının təməli qoyulub. Hələ müstəqilliyin ilk illərində torpaqlarımızın 20%-nin erməni qəsbkarları tərəfindən işğal olunması ilə bağlı itkilərlə yanaşı bütün sahələrdə, o cümlədən elm sahəsində də tənəzzül baş alıb gedirdi. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və 20 sentyabr 1994-çü ildə “Əsrin Müqaviləsi” Sazişini imzalaması, müstəqillik illərinin əvvəllərində (1991-1993) ölkəmızdə iqtisadi tənəzzulün qarşısını (1993-1995) aldı və Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin axını neft sektorunun sürətlə inkişafı ilə yanaşı, qeyri-neft sektorunun inkişafı üçün də dayanıqlı zəmin yaratdı.

Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, həyata keçirilən sosial-iqtisadi islahatlar hesabına Azərbaycanı regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirmişdir. Bütün bunların nəticəsində respublikamız Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi “Doing Buziness-2019” hesabatına əsasən dünyanının 10 ən islahatçı dövləti siyahısına daxil edilmişdir. Bu hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları” 2004-cü ildən başlayaraq bütün regionlarda uğurla icra olunmuşdur. Hal-hazırda 2019-2023-cü illər üzrə qəbul edilmiş proqram da müvəfəqiyyətlə həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı Azərbaycan Respublikasının bütün regionları kimi Naxçıvan MR-da da uğurla davam etdirilir.

16 dekabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra, əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu sosial-iqtisadi islahatlar Naxçıvanda daha böyük uğurlarınn əldə olunmasına şərait yaratdı. Muxtar Respublikanın bütün mövcud problemlərini tam dərinlikləri ilə bilən Ali Məclisin Sədri çox qısa bir müddətdə quruculuq və abadlıq işləri apararq Naxçıvan şəhəri ilə bərabər, Muxtar Respublikanın bütün yaşayış məntəqələrinin yeni və müasir inkişaf konsepsiyasına uyğun qurulmasını təşkil etdi. Nəticədə 1995-2019-cu illəri əhatə edən dövr üzrə sosial-iqtisadi inkişaf baxımından Naxçıvan Muxtar Respublikasının tarixində mühüm dönüş yarandı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə bu regionuun iqtisadi blokada şəraitində olmasına baxmayaraq Azərbaycan Respublikası Regionlarının rəqabət qabiliyyətlilik indeksinbə görə Naxçıvan 2-ci yerdə qərarlaşıb.

Naxçıvan MR-da 2019-cu ildə 2,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da adambaşına 6201,5 manat deməkdir. 2020-ci ilin yanvar ayında isə keçən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı artaraq 173,1 milyon manat olub. ÜDM-in sahə strukturunda sənaye istehsalının payı 2005-ci ildə 8,2% idisə, 2019-cu ildə 27,6%-ə çatmışdır ki, bu da 1014971,5 min manatlıq sənaye məhsulu deməkdir. 2019-cu ildə Naxçıvan MR-da bütün sahələr üzrə 3250 nəfərlik yeni iş yeri açılmışdır ki, bunun da 214-ü yeni yaradılmış müəssisə və təşkilatların payına düşür. 2019-cu ildə regionda orta aylıq əmək haqqı 484,1 manat təşkil etmişdir ki, bu da Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının bütün regionları ilə müqayisədə yüksəkdir. Orta illik sayı 457,9 min nəfər olan əhalinin 249 minini iqtisadi fəal əhali təşkil edir. Əhalidən cəlb edilmiş əmanətlərin məbləği 1 yanvar 2020-ci il tarixə 9788,6 min manat təşkil edib ki, bunun da 8832,9 min manatı milli valyutada olmaqla 90,2% təşkil edir. Azərbaycan Respublikası üzrə isə milli valyutada əhalidən cəlb edilmiş əmanətlərin payı həmin dövrdə 62,5% təşkil etmişdir. Muxtar Respublikanın iqtisadiyyatına 1 yanvar 2020-ci il tarixə143185,3 min manatlıq kredit qoyulmuşdur ki, bunun da 89,7%-ni uzunmüddətli,10,3%-ni isə qısa müddətli kreditlər təşkil etmişdir.

Dünyanın 63 ölkəsi ilə ticarət əlaqəsi aparan Muxtar Respublikanın xarici ticarət dövriyyəsində 2008-ci ilədək idxal ixracı üstələyirdisə, sonrakı dövrlərdə aprılan uğurlu iqtisadi islahatlar nəticəsində ixracın həcmi 2019-cu ildə artaraq 425539,4 min ABŞ Dolları olmuşdur ki, bu da xarici ticarət dövriyyəsi üzrə 35401,2 min ABŞ Dolları məbləğində müsbət ticarət saldosu yaratmışdır. MR-da ixracıın 76%-ni sənaye məhsulu, 24%-ni isə kənd təsərrüfatı məhsuları təşkil edir. Əgər ərazilərimizin 20%-i işğal altında olmasaydı Naxçıvan MR iqtisadi blokada şəraitində olmazdı və MR-nın iqtisadi uğurları daha yüksək olardı. Muxtar Respublikada iqtisadi uğurlarla bərabər hüquq-mühavizə sistemində də uğurlu islahatlar aparılmaqdadır. Bunun nəticəsidir ki, bu regionda qeydə alınmış cinayət işlərinin sayı 2019-cü ildə 59 olmaqla, 1993-cü illə müqayisədə 90,8% azalmışdır ki, bu da Azərbaycan Respublikası üzrə qeydə alınmış cinayət işlərinin 0,22%-i deməkdir. Bu gün Naxçıvanın sosial-iqtisadi vəziyyəti, cinayət və hüquq pozmaların sayının kəskin azalması, aparılmış quruculuq-abadlıq işləri, regiondakı təmizlik, əhalinin səmimliyi və qonaqpərvərliyi turizm xidmətləinə də müsbət təsir göstərmişdir. 2019-cu ildə Naxçıvan diyarını ziyarət edən turistlərin sayı 415932 nəfər təşkil etməklə, əvvəlki illərlə müqayisədə daha da artmışdır. Bütün bu məsələlər şəhər rəhbərliyinin daimi diqqət mərkəzində olduğundan muxtar respublika bütün sahələrdə müsbət meyllərlə inkişaf edir. MR-da qədim mədəniyyət və dini abidələr təmir edilmiş, bütün sahələrdə quruculuq abadlıq işləri olduqca yüksək səviyyədə aprılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində son 5 ildə Azərbaycan Respublikası üzrə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir.

Ölkə başçısının diqqət və qayğısı nəticəsində Naxçıvan MR-da da Ali və Orta təhsil müəsssisələrinin maddi-texniki bazasının yüksəldilməsi istiqamətində də uğurlu işlər aparılmışdır.

Naxçıvan MR-nın 22 məktəbəqədər təhsil müəssisələrində 3943 uşaq, 213 ümumi təhsil müəssisələrində isə 50905 nəfər şagird təhsil alır. Məktəb rəhbərləri istisna olmaqla ümumi təhsil müəssisələrində 6266 nəfər müəllim fəaliyyət göstərir. Muxtar Respublikada 3 Ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, buradada 8164 nəfər tələbə təhsil alır ki, onların da 6963 nəfəri dövlət, 1201 nəfəri isə qeyri-dövlət Ali təhsil müəssisələrinin payına düşür.

29 fevral 2020-ci ildə Naxçıvan Dövlət Universitetində “Azərbaycan Pespublikası iqtisadiyyatının davamlı inkişafında innovasiyaların rolu” mövzusunda keçirilən Respublika elmi konfransının yüksək səviyyədə təşkili, iştirakçılara göstərilən diqqət və qaygı, bu diyarda azərbaycan milli-adət ənənələrinin, elm və mədəniyyətin olduqca yüksək səviyyədə olmasını bir daha göstərdi.

Universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus Saleh oğlu İsayevin məhz Naxçıvan Dövlət Universitetinin yetişdirməsi olması isə olduca sevindirici bir haldır. Qeyd etmık lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli və başqalıarı da daxil olmaqla hazırda müxtəlif təşkilatlarda yüksək vəzifə tutan 70-dən çox məzun məhz Naxçıvan Dövlət Universitetində təhsil alıblar.

Dünya miqyasında tanınış Universitetlərin siyahısına daxil olan Naxçıvan Dövlət Universitetidə tələbələrin təhsili üçün maddi-texniki bazanın yüksək olması, bütün fakultələrin ayrıca korpusu, elektron kitabxana, yenməkxana və idman zalları və s. tələbələrin təhsilinə xüsusi önəm verir. 26-28 aprel 2017-ci il tarixlərində Türkiyənin Niğdedə Ömər Halis Dəmir Universitetində keçirilən ІV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda olarkən belə bir infrastrukturun Azərbaycan Ali Məktəblərində olmasını arzulayırdıq. Naxçıvan Dövlət Universitetində keçirilən Respublika elmi konfransında belə bir Universitet kompleksinin məhz Naxçıvan Dövlət Universitetində olmasının şahidi olduq.

“Beynəlxalq münasibətlər və xarici dillər” fakultəsinin akt zalında keçirilən konfransın plenar iclasını Universitetin rektoru t.f.d., dosent Elbrus İsayev giriş sözü ilə açaraq, universitein müasir vəziyyəti və perspektiv inkişaf istiqamətləri haqqında iştirakçılara geniş məlumat verib. Sonra isə, 3 bölmə üzrə çıxışlarla konfrans öz işini davam etdirib.

Konfransdan bir gün öncə universitetin elmi katibi Məftun İsmayılov və digər əməkdaşlarla birlikdə Azərbaycan xalqının Ümummilli lLideri Heydər Əliyevin abidəsini ziyarət edərək, şəhərin mərkəzində bir çox mədəniyyət abidələri ilə tanış olduqdan sonra, Naxçıvan şəhərindən 12 km məsafədə, Haca və Nəhəcir dağları arasında hündürlüyü 1665 m olan yüksəklikdə yerləşən Əshabi-Kəhf ziyarətgahinda olduq. Bu zyarətgahda bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Respublikasının Ümumimilli Lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür.

Azərbaycan Respublikasının qabaqcıl ali məktəblərindən biri kimi səciyyələndirilən, Naxçıvan Dövlət Univesitetinin fəaliyyəti klassik universitetlərlə müqayisədə regionun elm və təhsil mərkəzlərindən biri kimi tanınmışdır. 108 hektarlıq ərazidə yerləşən Universitet şəhərciyində 16 tədris korpusu, açıq və qapalı idman meydançaları və 2 stadionu, magistratura mərkəzi, Universitet televiziya mərkəzi, müstəqil binada yerləşən Elektron kitabxanası, botanika bağı və müasir tipli tələbə evi, Media Mərkəzi, 3 mərtəbəli sosial xidmət mərkəzi, müasir tipli univesitet qonaq evi vardır. Bu ali təhsil ocağında 12 ölkədən universitetin 11 fakultəsində 800 nəfərdən çox xarici tələbə təhsil almaqdadır. Universitetdəki “Regionun inkişaf problemləri” laboratoriyasında qədim diyarın tarixi, mədəniyyəti və iqtisadiyyatı öyrənilir.

Doktorant və dissertantların elmi fəaliyəti haqqında universitetin elmi katibi Məftun İsmayılov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ölkəmizdə yeni nəsil mütəxəssislərin, elmi-pedaqoji kadrların yetişdirilməsi istiqamətində mühüm əhəmiyyətə malik olduğunu bildirərək, universitetdə fəlsəfə doktoru proqramına dair 134 doktorant və dissertant, elmlər doktoru proqramına dair isə 17 doktorant və dissertant hazırlığı aparıldığını bildirdi.

82-dən çox dünya universiteti ilə elm və təhsil sahəsində əməkdaşlıq müqaviləsi olan universitet Türkiyənin "Mövlana mübadilə" proqramı çərçivəsində Türkiyənin 40-dan çox universiteti ilə əməkdaşlıq müqavilələri imzalayaraq, müəllim və tələbə mübadiləsini həyata keçirmişdir.

2016-cı ildə Cənubi Koreyanın KOİKA şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrakstrunun yaradılması” layihəsinin açılış mərasiminin keçirilməsi və Elektron Universitetin fəaliyyətə başlaması Azərbaycan Ali Təhsil məkanında büdcəsinə və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşmüşdür. Elektron təhsil, Onlayn Sənəd dövriyyəsi, Akademik İdarəetmə, Elektron Poçt və s. kimi təhsilinin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet eyni zamanda elektron imtahanları da əhatə edir. Ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu islahatlar respublikamızın beynəlxalq reytinqlərdə rəqabətqabiliyyətlilik indeksinin yüksəldilməsində mühüm rol oynayır. AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin elmi rəhbərliyi ilə 2019-2021-ci illər üzrə İqtisadiyyat İnstitutunun bütün şöbələrində “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” mövzusunda elmi-tədqiqat işləri aparılır. Elmmetrik göstəricilər üzrə Azərbaycanın dünya ölkələri arasında mövqeyinin yaxşılaşdırılması məqsədi ilə elmi-tədqiqat işlərinin nəticələri dünyada iki ən önəmli indeks bazasına daxil olan Web of Science və Scopus bazasında indeksləşdirilən məqalələrin dərc edilməsi məsələləri də rəhbərlik tərəfindən qarşıya qoyulmuşdur.

Elmmetrik göstəricilərin istifadə edildiyi məsələlərdən biri də Universitetlərin beynəlxalq və ölkdaxili ranqıdır. Azərbaycan Respublikasının 10 Universitetində, Naxçıvan Dövlət Universiteti də daxil olmaqla Web of Science bazasında indeksləşdirilən 297 məqalə çap edilmişdir. Əgər 1997-ci ildə Naxçıvan Dövlət Universiteti ölkəmizin 37 universiteti arasında 36-cı yerdə idisə, hazırda yen innovative texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə Azərbaycan ali təhsil müəssisələri arasında ilk sıradadır.

Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, bütün sahələrdə həyata keçirilən sosial-iqtisadi islahatlar hesabına respublikamız daha böyük uğurlar əldə edərək, dünya ölkələri arasında lider dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan, Qoca Şərqin Qapısı-Naxçıvan Muxtar Respublikası da müasir tarixi mərəllələrdə öz gözəlliyi, quruculuq-abadlıq işləri, sosial-iqtisadi vəziyyıəti, elm, təhsil və mədəniyyəti ilə dinamik inkişaf edir.

Ağarza Ağahəsən oğlu Rüstəmov,

Naxçıvan Dövlət Universiteti “İqtisadiyyat”

kafedrasının müdiri, i.e.d., professor,

Təbriz Abdulla oğlu Yadigarov,

AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma

və beynəlxalq iqtisadi əlaqələr” şöbəsinin böyük

elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə