3-6 aya COVİD-19 pik həddə çatacaq BMT-dan ÇAĞIRIŞ

3-6 aya COVİD-19 pik həddə çatacaq BMT-dan ÇAĞIRIŞ

Birləşmiş Millətlər Təşkilatı yeni növ koronavirus (COVİD-19) pandemiyasının dünyanın ən yoxsul ölkələrində 3-6 ay müddətindən pid həddə çatacağını açıqlayaraq, milyonlarla insanın yoluxmadan qorumaq üçün 6.7 milyard dolların tələb olunduğunu bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Antonio Quterres koronavirus xəstəliyinə qarşı mübarizə aparmaq üçün mart ayında elan etdiyi 2 milyard dollarlıq qlobal yardım planınını genişləndirib.

BMT Baş katibinin İnsan Məsələləri üzrə müavini Mark Lokk dünyanın ən yoxsul ölkələrində koronavirusa yoluxma halının 3 aydan 6 aya qədər pik həddə çatacağını təxmin edərək, pandemiyanın ən çox həmin ölkələrə zərər verəcəyi və dağıdıcı olacağını qeyd edib.

O bildirib ki, bu ölkələrdə pandemiya ilə bağlı ən qısa müddətdə tədbirlər görülməzsə o zaman münaqişə, yoxsulluq və qıtlığ qaçılmaz olacaq: “Epidemiyanın həssas və kövrək ölkələrdə yayılmasının qarşısını almaq üçün 6,7 milyard dollara ehtiyac var”.

Epidemiyaya qarşı mübarizə dövründə BMT-nin yardım proqramlarına 9 yeni ölkə əlavə edilib ki, bura Benin, Cibuti, Liberiya, Mozambik, Pakistan, Filippin, Syerra Leone, Togo və Zimbabve daxildir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə