Isti havada koronavirusun yayılma riski açıqlanıb VİRUSOLOQ FİKRİ

Isti havada koronavirusun yayılma riski açıqlanıb VİRUSOLOQ FİKRİ

“Yay aylarında yeni növ koronavirusla bağlı epidemioloji vəziyyət dəyişəcək. Pandemiya nisbətən zəifləyəcək”. SİA-nın xəbərinə görə, bunu virusoloq, tibb elmləri doktoru, professor Anatoli Altstein açıqlayıb.

O bildirib ki, yayda infeksiyanın yayılması ilə bağlı vəziyyətin zəifləməsi havaların isti keçməsi, günəş radiasiyasının COVİD-19 patogeninə mənfi təsiri ilə bağlı deyil.

“Yayda insanların immun sistemi daha güclü olur və qışla müqayisədə isti havalarda insanlar bir-birilərindən daha çox məsafə saxlayırlar. Ona görə də yay aylarında infeksiyanın yoluxma riski aşağı düşəcək”,- deyə virusoloq qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada koronavirusa yoluxan insanların sayı 3,5 milyon nəfərə çatıb, 245 min nəfər dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə