"Tarqovı"nın bağlanması ilə bağlı məlumat yalandır BŞBPİ

"Tarqovı"nın bağlanması ilə bağlı məlumat yalandır BŞBPİ

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtın Nizami küçəsinin (Tarqovı) yenidən bağlanması ilə bağlı yayılan məlumata münasibət bildirib. İdarənin Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, hazırda polis tərəfindən Nizami küçəsinə giriş və çıxışda hər hansı məhdudiyyətlər tətbiq olunmur: “Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə