Yoluxanların 10 faizi xaricdən gələn vətəndaşlardır

Yoluxanların 10 faizi xaricdən gələn vətəndaşlardır

Əgər Azərbaycanda koronavirus xəstələrinin sayı kifayət qədər çoxalarsa, xəstəxanalarda xəstə yeri olmasa, karantin qaydalarının sərtləşdirilməsi təklifini verəcəyik. Amma bu qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir. SİA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək koronavirusa yoluxan uşaqlarda hər hansı ağırlaşma halı olmayıb: “Astara, Lənkəran, Cəlilabadda zaman-zaman müəyyən infeksiya ocaqları əmələ gəlib. Onlar aşkarlanaraq izolyasiya edilib. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, oraya giriş-çıxış kifayət qədər çoxdur. İlk yoluxma halları oraya xaricdən gəlib, daha sonra yoluxma davam edib”.

Ümumi yoluxanların sayında xaricdən gələnlər 10 faizi təşkil edir. Hazırda əsasən yoluxmaların əksəriyyəti daxili yoluxmaları təşkil edir. Rusiyadan gələnlər isə onların nəticələri neqativ çıxdıqda evə buraxılır. Bu zaman belə müəyyən sənədləşmələr aparılır. Ümumilikdə onlar ölkə ərazisinə gətirilən andan əvvəlcə karantinə yerləşdirilir və daha sonra onlardan test götürülür. Nəticə neqativ çıxdıqda onlar evə buraxılır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə