Siz həmişə olduğu kimi çətin günlərdə də vətəndaşın yanındasınız! - MƏKTUB

Siz həmişə olduğu kimi çətin günlərdə də vətəndaşın yanındasınız! - MƏKTUB

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Tovuz rayon Dönük Qırıqlı kənd sakini, tanınmış jurnalist, publisist Dəmir İsə oğlu Qurbanlının Prezidentə ünvanladığı məktubu təqdim edir.

Hörmətli Cənab Prezident!
Siz əbədiyaşar müdrik rəhbərimiz, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyev siyasətinin davamı olaraq xalqımızın ümumi rəyi və dəstəyi ilə 2003-cü ildən xilaskarlıq missiyasını öz üzərinizə götürərək hər bir azərbaycanlının Prezidenti olacağınızı bəyan edərək həyata keçirdiyiniz uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətinizin nəticəsidir ki, ölkəmizdə hər bir sahədə olduğu kimi səhiyyə sahəsində də çox böyük uğurlar əldə edilib. Hər bir şəhərdə, rayonda, kənd və qəsəbələrdə müasir tipli, dünya standartlarına cavab verən xəstəxanalar, tibb müəssisələri inşa edilib, maddi texniki bazası möhkəmləndirilib, ixtisaslı kadrlarla zənginləşdirilib.

Sizin 17 illik zəhmətinizin, yorulmaz fəaliyyətinizin nəticəsidir ki, Azərbaycan dünyanı bürümüş, iri dövlətləri çökdürmüş koronavirus pandemiyasına qarşı mübarizədə də ön sırada gedir. Sizin bu sahədə də təcrübəniz, biliyiniz tətbiq etdiyiniz metodlar dünya birliyi tərəfindən öyrənilir və yüksək qiymətləndirilir. Siz həmişə olduğu kimi bu çətin günlərdə də hər bir vətəndaşın yanındasınız, onların sağlamlığının qorunması, sosial problemlərinin həll edilməsi üçün çox böyük işlər görürsünüz. Bu mübarizədə də xalq-iqtidar birliyi, vəhdət fəlsəfəsi daha yüksək zirvələr fəth etmişdir. Sizin həyata keçirdiyiniz siyasət səhiyyə işçilərini, polisləri daha da ruhlandırmışdır. Siz hər bir Azərbaycanlının Prezidenti, xilaskarı, qayğıkeşi olduğunuzu pandemiyaya qarşı mübarizədə də bir daha təsdiq etdiniz.

Siz əsl milli qəhrəmanlıq, mübarizlik nümayiş etdirirsiniz, Ulu Öndərimiz Heydər Əliyev siyasətini dövrün, zamanın tələblərinə, hər bir vətəndaşın maraqlarına, Heydər-Xalq birliyinin fəlsəfəsinə uyğun davam etdirirsiniz. Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdən bütün təbəqələrdən olan insanlar yararlanıb.

Cənab Prezident, biz Sizin apardığınız daxili və xarici siyasətinizi tam dəstəkləyirik. Bunun səbəbi isə Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Belə bir çətin günlərdə xalqın taleyini düşünərək gördüyünüz bütün qabaqlayıcı tədbirlərə görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident,

Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, dövlətimizin davamlı yüksəlişi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Ulu Tanrı Sizi və xalqımızı qorusun!

Bütün xəbərlər Facebook səhifəmizdə