"1542 Çağrı mərkəzinə yeni xidmətlər əlavə edilib" - BRİFİNQ

"1542 Çağrı mərkəzinə yeni xidmətlər əlavə edilib" - BRİFİNQ

"İlk gündən etibarən zəruri tədbirlər həyata keçirilir. Ölkə başçısı vurğulamışdır ko, əsas məsələ vətəndaşların sağlamlığıdır. Agentlik TƏBİB tərəfindən regionlara işçi qrupları ezam olunmuşlar". Bunu bu gün Operativ Qərargahın keçirdiyi brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

İdarə heyətinin sədri bildirib ki, karantin rejimin tətbiqi nəticəsində virusun qarşısını almaq mümkün olub: "Son zamanlar hər bir sahədə videokonfranslara müraciət edilir. Həm Bakıda həm də regionlarda çalışan baş həkimlər ilə videokonfranslar vasitəsilə görüşülür və təcrübə mübadiləsi aparılır. Ölkə üzrə analizlərin emal edilməsi üçün kifayət qədər məntəqəmiz var onlar bölgələr üzrə paylanılır. Bütün bu məntəqələr elektronlaşdırılıb və biz daha tez məlumat əldə edilir. Agentliyin 1542 çağırı mərkəzi də mövcuddur. Heydər Əliyev Fondunun dəstəyi ilə əlavə xidmətlər də mövcuddur".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə