Avtobus və taksilərdə arakəsmələrlə bağlı vəziyyət nə yerdədir? AÇIQLAMA-ÖZƏL

Avtobus və taksilərdə arakəsmələrlə bağlı vəziyyət nə yerdədir? AÇIQLAMA-ÖZƏL

"TƏBİB-in COVİD-19 infeksiyasının profilaktikasına dair metodiki göstərişlərindən irəli gələrək artıq avtobuslarda sərnişin və minik avtomobillərində sərnişin sürücü təmasını minimuma endirilməsi üçün şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb. Bu təşəbbüs aprel ayının ortalarından mövcud idi və Bakı Nəqlaiyyat Agentliyinin şəxsi təşəbbüsü ilə taksi şirkətlərinin bir qismində artıq bu arakəsmələr quraşdırılıb”. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, son metodiki göstərişlərdən irəli gələn tədbirlər çərçivəsində isə artıq daşıyıcı şirkətlər tərəfindən də avtobuslarda sərnişin sürücü təmasının azaldılması məqsədilə arakəsmələrin quraşdırılmasına başlanıb: “Ötən gündən başlanan proses nəticəsində artıq 200 avtobusda arakəsmələr quraşdırılıb. Proses bu gün axşam da davam edəcək. Eyni zamanda sərnişin axının zəif olduğu gündüz saatlarında da avtobuslar mümkün olduğu zaman istehsalat bazasına gətirələrək arakəsmələr quraşdırılır”.

M. Ağayev qeyd edib ki, arakəsmələr avtobusların konstruksiyasına uyğun olaraq dəyişir: “Ümumilikdə Bakı şəhəri üzrə sərnişindaşıma prosesinə cəlb edilən 553 avtobusda əvvəldən istehsalat bazasında quraşdırılan xüsusi sürücü kabinləri mövcuddur. Bu avtobusların əksəriyyəti “Baku Bus” MMC-yə məxsusdur”.

Qurum sözçüsü vurğulayıb ki, taksilərdə də arakəsmələr quraşdırılır: “Hazırda 300 taksi avtomobilində arakəsmələr başa çatıb. Metodik göstərişlərdən irəli gələn digər – maska taxılması, sosial məsafənin saxlanması, təbliğat materiallarının hazırlanaraq avtobuslarda vurulması ilə bağlı bir sıra məsələlər var ki, hazırda onlarla bağlı da işlər aparılır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə