"Vətəndaşlar birdəfəlik ödəməni banklardan ala biləcəklər" RƏSMİ AÇIQLAMA
“Bildiyiniz kimi ölkəmiz tərəfindən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində həm iqtisadi, həm də sosial sahədə kompleks Tədbirlər Planı hazırlanaraq ona uyğun şəkildə addımlar atılır. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi də məşğulluq və sosial problemlərin həlli ilə bağlı hökumət tərəfindən müəyyən edilən Tədbirlər Planında nəzərdə tutulan işləri həyata keçirir”. SİA-nın xəbərinə görə, bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Tədbirlər Planına uyğun olaraq işsiz şəxslərə 190 manat məbləğində 2 aylıq müddəti əhatə edən birdəfəlik yardımın ödənilməsinin nəzərdə tutulduğunu xatırladan nazir müavini bildirib ki, aprel ayının 7-dən başlayaraq, ödəmə ilə bağlı müraciətlərin qəbuluna başlanılıb: “Artıq mayın 5-i 600 mininci şəxsə ödəmənin təyinatı ilə bağlı qərar qəbul edilib. Bu da o deməkdir ki, biz ilk ayın proqramının tam şəkildə yekunlaşdırıldığını deyə bilərik”.
Qurum rəsmisi söyləyib ki, müraciətlərin qəbulu elektron şəkildə həyata keçirilir: “Vətəndaşlara heç yerə getmədən onlara müraciət etmək imkanları yaradılıb. Ödəmələrin verilməsi ilə bağlı qərar edilən müraciətlər aiddiyyatı orqanlar tərəfindən təhlil edilərək qiymətləndirildikdən sonra qəbul edildi. Ilkin vaxtlar ödəmən alacaq şəxslərin sayı 200 min nəzərdə tutulmuşdusa, ölkə başçısının humanist qərarı nəticəsində bu say 3 dəfə artırlaraq 600 min nəfərə şamil edildi.Həmin şəxslərin adları nazirliyin rəsmi saytında yer alan siyahıda öz əksini tapıb”.
A.Əliyev qeyd edib ki, may ayında həyata keçiriləcək birdəlik ödəmələr banklar vasitəsilə həyata keçiriləcək: “Artıq bu məqsədlə Mərkəzi Bankla müvafiq danışıqlar aparılıb. Mərkəzi Bank bu məsələrə operativ şəkildə müdaxilə edərək dəstək göstərdi. Artıq bütün bank sektoru bu prosesə cəlb olunub. Artıq vətəndaşlar üçün kartlar sifariş edilib, bank hesabları açılıb. Vətəndaşların nömrələrinə göndəriləcək SMS-də onların hansı banklara müraciət edəcəyi qeyd olunacaq”.
Nazir müavini vurğulayıb ki, bu sahədə vətəndaşların ən çox ünvanladığı sual onların Bakı şəhərində yaşamasına baxmayaraq, gələn SMS-lərdə regionlarda yerləşən bank filalına müraciət etməsinin qeyd edilməsidir: “Bu vətəndaşların bizə elektron şəkildə müraciət etdikləri zamanı orada göstərilən ünvanla bağlıdır. Vətəndaş öz elektron müraciətində hansı ünvanı göstəribsə, bank kartları da həmin ünvana uyğun olaraq hazırlanır. Bu əlbəttə ki regionda yaşayan vətəndaşların rahatlığı üçün atılan addımdır. Əgər vətəndaş Bakıdadırsa, ona ödəmənin regional bankdan alınması ilə bağlı SMS gəlibsə, o zaman vətəndaşlar narahat olmamalı, olduğu yer üzrə banka müraciət edərək ödəməni ala bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB