Prezident hər görüşdə sözünü qətiyyətlə deyir

Prezident hər görüşdə sözünü qətiyyətlə deyir

Prezident İlham Əliyev: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır"

Bəli, məhz Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə, son 17 ildə özünü dəfələrlə təsdiqləyib. Son 17 il ərzində, Azərbaycanda həyat günbəgün dəyişir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam hər il, görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha bağlılıq daha da artır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

17 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. Bax, budur uğurlu siyasət!

"Əsl siyasət konkret real iş görməkdir"

Bəli, Prezident İlham Əliyevin dediyi bu fikri bugörülən işlərdə, atılan uğurlu ardıcıl addımlarında görmək olur. "Əsl siyasət konkret real iş görməkdən ibarətdir" deyən dövlət başçısının qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərini sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu

göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıq yaranır.

Bəli, bu Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının əsl siyasətidir. Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki…

"İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir"

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac olduğunu və vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib: «“Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.

Dövlət başçısı pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edərək, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni etdiyi halda, icra başçıları, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərirüşvətxorluqla məşğul olduqlarını bildirdi və belələrinə qarşı ciddim mübarizə aparmağı, belə adamları ən ciddi cəza ilə cəzalandırmağı tapşırdı: «Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər".

Budur, ölkə Prezidentinin siyasəti. Prezident bu məsələ ilə bağlı dəfələrlə fikirlərini bildirib, məmurlara açıq mesajlar verib, ciddi xəbərdarlıq edib. Dövlət başçısı böyük bir təəssüf hissi ilə bildirdi ki, ”əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər".

Şübhəsiz ki, bu hərəkətlər həm cinayətdir, həm də böyük vicdansızlıqdır, mənəviyyatsızlıqdır. Və bu cür kütləvi hal almış rəzil əməllər cəzasız qala bilməz. Onların hər birinin öz layiqli cəzasını alacağı qeydsiz-şərtsizdir. Prezident də Baş prokurorla videkonfrans formatlı görüşündə bir daha bunun anonsunu verdi. O qeyd etdi ki, bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır.

Prezident İlham Əliyev birmənalı şəkildə qeyd etdi ki, ”heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”. Yəni ki, dövlət başçısının bu xəbərdarlığı aşağı, orta və ya yuxarı ranqa mənsub olmağından asılı olmayaraq hər bir məmur üçün “Yol xəritəsi” olmalıdır. Qanunu pozan, vətəndaşın haqqını yeyən heç bir məmura güzəşt olmayacaq. Ortada Prezidentin qətiyyətli iradəsi var. Odur ki, bundan sonra hər bir məmur el diliylə desək, papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidir, dövlət başçısının sözlərindən özü üçün ciddi nəticə çıxarmalıdır".

Və hər bir məmur xalqa və dövlətə sədaqətlə, sevgi ilə xidmət etməlidir. Vəzifəsinin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir məmur xalqa canla-başla xidmət etməyi və Prezidentin etimadını qazanmağı özü üçün şərəf işi hesab etməlidir. Məmurlar nəhayət ki, anlamalıdır ki, ölkə başçısının haqlı narahatlıqlarına son qoyulması onların hər birinin öz vəzifə borclarını vicdanla, ləyaqətlə yerinə yetirmələrindən asılıdır.

Bəli, əsil siyasət konkret, real iş görməkdir. Bu gün Cənab Prezidentin hər zaman olduğu kimi sözü ilə əməli tam üst-üstə düşür. Və ölkə Parezidenti İlham Əliyev cənablarının dediyi kimi: "Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər".

Məhz xalqımız öz LİDERİNƏ arxalandığı üçün öz Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisinə doğru inamla irəliləyir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə