Uçuruma gedən xunta

İndi də Ermənistanın xarici işlər nazirinin sərsəm bəyanatı öz ölkəsini uçuruma aparır

Məlum olduğu kimi, Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın 21 aprel 2020-ci il tarixdə Yerevanda keçirdiyi mətbuat konfransında Rusiyanın Xarici İçlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamasına cavab olaraq bildirib ki, Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir. Qeyd etmək lazımdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov A.M.Qorçakov adına Xalq Diplomatiyasına Dəstək Fondunun iştirakı ilə keçirilən tədbirdə çıxış edərkən BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qətnamələrinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprel ayında Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu bildirib: ”Bu sənəd mərhələli yanaşma əsasında nizamlamaya doğru irəlləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadiyyat və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”.

Ermənistan XİN-i bildirib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan-Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, Oubadlı, Laçın, Cəbrayıl gedir) hər şeydən əvvəl təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Bu ərazilər geri qaytarıla bilməz. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur. Ermənistan XİN-nin bu açıqlaması bir daha göstərir ki, uzun danışıqlar prosesinin getməsinə baxmayaraq Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib, onların işğal altında olan torpaqlarımızı azad etmək fikirləri yoxdur.

Ermənistan işğalçılıq siyasətindən əl çəkmir

Beləliklə, Ermənistan əvvəldə oduğu kimi yenə də beynəlxalq hüquq normalarını heçə sayır öz işğalçılıq mövqeyindən əl çəkmir. Lakin Azərbaycan isə, Ermənistan, Dağlıq Qarabağ, Azərbaycan münaqişəsi dinc yolla, danışıqlar yolu ilə beynəlxalq hüquq normalarına əsasən həll edilməsini dəfələrlə vurğulayıb. Və bildirib ki, əgər Ermənistan tərəfi buna razı olmazsa, Azərbaycan dövləti digər vasitələrdən istifadə edərək öz əzəli torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edəcək. Çünki Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Və bu günə qədər Azərbaycanın bütün hərbi və siyasi imkanlarına rəğmən, münaqişəni sülh yolu ilə həll etməyə istiqamətlənmiş səyləri məhz Azərbaycan Respublikasının insan həyatına verdiyi dəyərin göstəricisidir.

Lakin işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar? Bir ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyi deyilmi? Qarabağın əhalisinin üçdəbirinin öz daimi yaşayış yerlərindən didərgin salındığı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq imkanından və öz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum olduqları bir vaxtda nə Qarabağ əhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz.

Baş nazirin eyni təfəkkürlü xarici işlər nazir…

Atalar demişkən: "Kor atın kor da nalbəndi olar". Faşist xislətli, küçə təfəkkürlü baş nazirin xarici işlər naziri də eyni təfəkkürlü olmalıdır. Necə deyərlər "atı atın yanında bağlasan həmxasiyyət olmasa da, həmrəng olur". İndi də Ermənistanın xarici işlər naziri elə zənn edir ki, sərsəm bəyanatların bir nəticəsi olacaq, ancaq anlamırlar ki, beynəlxalq hüquq normalarında dövlətlərin ərazi bütövlüyü BMT-nin qətnamələrində, bütün beynəlxalq təşkilatların qərarlarında təsdiq olunur ki, dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır, güc yolu ilə onları dəyişdirmək mümkün deyil. Və bu həqiqəti də anlamırlar ki, istər BMT-nin əsas qətnamələrində, istərsə də əsasnaməsində dövlətlərin süverenliyinin pozulması yolverilməzdir. Buna əsaslanaraq Azrbacan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşündə də Azərbaycanın ərazi bütövlüyü təmin olunmasının vacibliyini bəyan edildi.

Cozef Borrell: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə sadiq qalır"

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə Aİ-nin dəstəyini ifadə edib. Aİ ali nümayəndəsi Cozef Borell Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərlə bağlı Avropa Parlamentinin üzvünün sualını cavablandırıb: "Avropa İttifaqı Azərbaycan da daxil olmaqla bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə sadiq qalır. Bu 2017-ci il Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsində açıq şəkildə qeyd edilib".

C.Borell Avropa İttifaqının münaqişələrin müəyyən edilmiş formatda sülh yolu ilə həllini dəstəkləməyə sadiq olduğunu da qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstinə gəldikdə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini və təkliflərini dəstəkləməkdə davam etdiyi Ali Nümayəndə tərəfindən vurğulanıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin Xarici Fəaliyyət Xidmətinin sözçüsünün 31 mart 2020-ci il tarixində verdiyi bəyanatda Aİ-nin Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident və parlament seçkiləri"nin konstutision və hüquqi çərçivəsini tanımadığını bir daha təkrar edərək, bu hadisənin Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticələrinə xələl gətirə bilməyəcəyini vurğulayıb.

Göründüyü kimi, işğalçı ölkənin bugünükü vəziyyəti və erməni xalqının əc, yalavac vəziyyətdə olmasını sadə erməni xalqı artıq anlayır və bu gün daxili kütləyə hesablanmış boş-boş bəyənatlar hay-küydən, göstərişlə pərdəlnmiş təlaşdan başqa bir şey deyil. Və yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Ermənistan bunu nə qədər tez dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti yanıltmaq səylərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar.

Karen Bekaryan: “Ermənistan Xarici İşlər naziri istefa verməlidir”

“Ermənistanın strateji tərəfdaşı, müttəfiqi, ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanın Xarici İşlər naziri bəyan etdi ki, Qarabağ münaqişəsinin mərhələli həll variantı (həmçinin ilk mərhələlərin gözləntisini qeyd edərək) danışıqlar masasında müzakirə olunur və bunun ətrafında razılaşma BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirmək yolunda addım olacaq”. Bunu erməni siyasi analitik Karen Bekaryan özünün “Facebook” səhifəsində yazıb. O, Lavrovun Dağlıq Qarabağ münaqişəsi danışıqlarının mərhələli variantla həlli haqqında bəyanatını şərh edib və qeyd edib ki, Ermənistan Xarici İşlər naziri istefa verməlidir: "Əgər Rusiya Xarici İşlər nazirinin dedikləri reallığa uyğun gəlmirsə, onda bu, sadəcə Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin tam uğurusuzluğunun göstəricidir, çünki dezinformasiya diversiyası heç vaxt səbəsiz təşkil olunmur. Əgər Rusiya Xarici İşlər nazirinin dedikləri reallığa uyğun gəlirsə, onda Ermənistanın milli, dövlət maraqlarının uğurusuzluğu və öz cəmiyyətinə ardıcıl olaraq yalan danışmaqla işimiz var. Hər iki halda Xarici İşlər naziri istefa verməli və ya tutduğu vəzifədən uzaqlaşdırılmalıdır".

Marqarit Yesayan: “Günahkar Paşinyanın özüdür, bu, həmin Paşinyan sayəsində baş verdi”

Ermənistan parlamentinin keçmiş deputatı Marqarit Yesayan isə bildirir ki, ümid hər zaman yaxşı şey deyil, çünki ümiddən ümidsizliyə qədər hətta yarım addım deyil: «Ermənistanın siyasi həyatının pazlı mozaikası yavaş-yavaş toplanır və iki il əvvəlki fəaliyyətlər tədricən məntiqi sonuna çatır. O qədər də müxalif olmayan qüvvələr, hakimiyyəti zəbt etmiş Paşinyan sayəsində yetişdi. Bir də Paşinyanın elə də baş nazir ola bilmədiyi aydındır. İnsan heç vaxt dəyişmir. Bu, aksiomdur. İki il Ermənistanın Baş naziri vəzifəsində oturmuş Paşinyan Nikol elə də Baş nazir, icra orqanının rəhbəri, ölkə rəhbəri olmadı. Eyni olaraq qaldı və insanlar bunu görürlər, çəhrayı eynəklər o tərəfə atılıb. Bunun günahkarı Paşinyan özüdür, bu, həmin Nikol Paşinyan sayəsində baş verdi”.

Rusiyalı politoloq: “Rusiya Ermənistanda aktiv proseslərin hələ başa çatmadığını görür, onları izləyir”

“Ermənistan-Rusiya münasibətlərində gərginlik yox, problemlər var”. Bunu rusiyalı siyasi analitik Fyodor Lukyanov deyib. Lukyanovun sözlərinə görə, bu problemlər zaman-zaman yaranır və erməni-rus münasibətləri üçün yeni hadisə deyil. O qeyd edib ki, gərginliyi problemlərdən fərqləndirmək lazımdır, gərginliyə çevrilməyən problemlər var: «Bu problemlər tərəfdaş ölkələrin hakimiyyətlərinin addımları, bəyanatları bir-biri üçün tamamilə anlaşılan olmayanda yaranır».

Erməni diplomat: “Bu gün Ermənistanda baş verənlər sadəcə dövlət xəyanətidir”

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan bu gün Ermənistanda baş verənləri dövlət xəyanət adlandırıb. Minasyan qeyd edib ki, o xəşbəxt və yaxşı yaşaya bilərdi: «Birmənalı olaraq mən buna qadir idim və qadirəm, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk etdikdən sonra beynəlxalq strukturlarda, beynəlxalq korporasiyalarda, özəl şirkətlərdə və eləcə də başqa dövlətlərin hökumətləri tərəfindən bir çox iş təklifləri almışam, mən onları rədd etmişəm, rədd etmişəm, çünki dövlətimin və xalqımın necə məhv olduğuna oturub baxa bilməzdim və oturub baxa bilmirəm”.

O, Paşinyanın pul ödəmək və Ermənistana gəlməmək təklifini niyə rədd etdiyini izah edib: «Mən Nikol Paşinyanı rədd etmişəm, çünki mən xalqım və vətənim bu vəziyyətdə olanda özümü bağışlaya və yaxşı yaşaya bilməzdim. Çünki mən çoxlarından fərqli olaraq nəinki proqnozlaşdırmışam, həmçinin yazmışam və demişəm ki, bizi böyük fəlakət gözləyir. Mən səmimi şəkildə sadəcə yalançı, məsuliyyətsiz, xalq düşməni və təəssüflə əlavə etməliyəm ki, dövlət düşməni hesab etdiyim insanlarla razılaşa bilmərəm”.

Məntiqi nəticə…

Göründüyü kimi, Ermənistan nə qədər təxribat və sərsəm bəyanatlar səsələndirsə də, Paşinyan və komandası da daxil, bütövlükdə erməni toplumunun qurtuluşu, xilası məhz elə Azərbaycanla bağlıdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır: "Aprel hadisələrindən sonra, ilk növbədə, dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir daha əmin oldular ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq. Bu, Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır. Yəqin ki, onlar lazımi nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqedən çıxış edəcəklər. Uzun müddət davam edən status-kvo tezliklə dəyişməli, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan əsgəri "hərbi yolla Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur" fikrini təkrarlayanlara real şəkildə sübut etdi ki, hərbi yolla torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mümkündür və bu məsələ ən qısa vaxtda öz həllini tapmalıdır".

Beləliklə, sadə bir məntiqi nəticə: Ermənistan nə qədər təxribat və sərsəm bəyanatlar səsləndirsə də, reallıq budur: TƏCAVÜZKAR QUDUZLAŞMIŞ İŞĞALÇI ERMƏNİSTAN ZƏBT ETDİYİ TORPAQLARDAN ÇIXMALIDIR, BAŞQA YOL YOXDUR!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə