Komitə sədri: “Araşdırmalar göstərir ki, çox ailədə kişilərin məsuliyyəti çox aşağı səviyyədədir”
"2009-cu il ölkədə boşanma faizi aşağı idi, ancaq 2010-cu ildə bu faizlər artdı. Araşdırmalar göstərir ki, Azərbaycanda artan boşanma halları tək sosial problemlərlə bağlı deyil". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, vəziyyət göstərir ki, çox ailədə kişilərin məsuliyyəti aşağı səviyyədədir. Onun sözlərinə görə, ailə haqqında fikirləşmək, hansısa kömək göstərmək cəhdləri, ümumilikdə mühit kişidən asılıdır: "Kişi gərək elə şərait yaratsın ki, o ailədə mühit normal olsun. Hər bir kişini bir qadın dünyaya gətirib, ana tərbiyə verib. Necə olur ki, həmin insan özünün ailəsində qadına qarşı belə hərəkətlər edir. Bizə müraciət edən ailələrin bir çoxlarında məişət zorakılığı halları olur. Bəlkə də komitənin təsiri nəticəsində qadınlar bu zorakılıqlara dözmürlər. Artıq qadınlar bilir ki, onları dövlət səviyyəsində müdafiə edən strukturlar var. Çox zaman insanlar məcburi şəkildə ailə qurur. Müəyyən müddət keçdikdən sonra isə bu ailələr dağılır. Qərbdə artıq belə bir mövqeyə gəlinib ki, rəsmi nigah olmasın. Azərbayacanda isə bizim adət-ənənələrimiz var, belə hallara yol verə bilmərik. Bu Azərbaycan üçün model deyil, onun öz ailə modeli var. Azərbaycanda elçiliyə ailənin tanınmış üzvləri, ağbirçəklər, ağsaqqallar gedir, boşanma zamanı isə heç biri yaxın durmur. Ancaq bu məsuliyyət əvvəllər var idi. Əvvəllər Azərbaycanda elçiliyə gedən ailə başçıları, nəslin ağsaqqalları gənc ailədə baş verən anlaşılmazlıqların da həllinə kömək edirdilər. Yəni, necə ailənin qurulmasında vasitəçilik edirdilərsə, elə də dağılmasına imkan vermirdilər. Biz çalışırıq ki, yenə də o institutu yaradıb, möhkəmləndirək. Biz düşünürük ki, bu istiqamətdə işlərə getsək, boşanmaların da sayı azalcaq".
Nigah müqaviləsi ilə bağlı məsələyə də toxunan H. Hüseynova boşanma zamanı mülkiyyətin bölünməsi problemi haqda danışıb: "Bu məsələ Azərbaycan üçün ciddi problemlərdən biridir. Komitəyə bununla bağlı çoxlu sayda qadınlar müraciət edir. Çünki çox zaman mülkiyyətin və əmlakın böyük qismi kişinin yox, onun yaxın qohumlarının adına olur. Bir çox ölkələrdə nigah kontraktı bağlanır. Bizim adət-ənənlərimizdə bu olmayıb. Müsəlman ölkələrində qanun qadın üçün xüsusi olaraq qeyd edir ki, boşanma zamanı nə almalıdır. Tarixən nigah bağlanan zaman baxılır ki, kimin hansı mülkiyyəti olur. Kişilərin əksəriyyəti indi onu ya atasının, ya anasının, ya da hansıa qohumunun adına yazdırır. Qanunla o qadına heç nə düşmür və ən vacib problem budur. Bu məsələdə mütləq müqavilə olmalıdır, yalnız o zaman qadın biləcək ki, boşandığı zaman ona nələr düşəcək. Bunun başqa çarəsi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB