Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır

Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır

Dövlət başcisinin Sərəncami ilə Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən 20,0 (iyirmi) milyon manat ayrılib. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir.

Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. Təhsil islahatının uğurla apartılmasını təmin edən mükəmməl normativ-hüquqi bazanın yaradılması, müxtəlif dövlət proqramları və layihələrin gerçəkləşdirilməsi, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən yeni mahiyyət və məzmun daşıyan zəruri sənədlərin qəbul edilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, köhnə məktəblərin əsaslı təmir olunması sahəsində görülmüş işlər təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir güstərir. Təsadüfi deyil ki, ölkəmizdə təhsilin müasirləşdirlməsi məqsədilə seçilmiş məqsədyönlü fəaliyyət istiqaməti keyfiyyətin dayanıqlılığını təmin etmək və müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq üçün bütün potensial imkanlar səfərbər edilib.

Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edir. Görülən işlərin davami oılaraq ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncami ilə Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılib. Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi olub.

Son 16 ildə 3200-dən çox məktəb inşa edilib, əsalı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib. Danılmaz faktdır ki, dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Dövlət rəhbərinin təhsilə həssas münasibəti nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə