Vətəndaşların ictimai nəqliyyatda maskalardan istifadə etməməsi ilə bağlı cərimələr müzakirə olunur. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı müzakirələr başa çatandan sonra qərar veriləcək.
İ.Məmmədov vurğulayıb ki, ictimai nəqliyyatda maskalardan istifadə etməməklə bağlı cərimə tətbiq oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB