Koronavirusa yoluxanların sayı artır - 76 nəfər, 28 nəfər sağalıb

Koronavirusa yoluxanların sayı artır - 76 nəfər, 28 nəfər sağalıb

Son vaxtlar ökədə koronavirusa yeni yoluxanların sayı artır. Amma bu, bizim üçün gözlənilməz deyildi. SİA-nın verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, karantin qaydalarının yumşaldılması tədbirləri həyata keçirilən zaman yoluxmaların sayının artacağı əvvəlcədən məlum idi:

“Yoluxmaların qarşısının alınması üçün ən əsası tədbir karantin tədbirlərinə əməl etməkdir. Bu gün təəssüf ki, 76 yeni yoluxma qeydə alınıb, 28 nəfər sağalaraq evə göndərilib. İndiyədək 26 nəfər dünyasını dəyişib. Hazırda 526 nəfər xəstəxanada müalicə edilir. Onların 21-nin vəziyyəti ağır hesab olunur”.

Bütün xəbərlər Facebook səhifəmizdə