Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Rafiq Ağayev bir qrup lənkəranlı adından yazır:
Hörmətli cənab Prezident.
Ürəyimizdən gələn sözləri bildirməklə respublikamızda görülən işlərə, vətəndaşlara göstərilən qayğıya, əhaliyə maddi və mənəvi köməyə görə Sizə minnətdarlıq edirik. Sizin apardığınız düşünülmüş və uzaqgörən siyasətinizi bir vətəndaş kimi hər zaman dəstəkləyirik.
Nə yaxşı ki varsınız. Sizin varlığınıza görə hər zaman özümüzü və övladlarımızı təhlükəsiz hiss edirəm. Sizin varlığınıza görə dövlətimizin işıqlı və gözəl gələcəyinə inanırıq.
Şəhərimizin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək işlərinizdə, ölkəmizin inkişafı istiqamətində fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Allah Sizi, Mehriban xanımı və xalqımızı qorusun. Hər şeyə görə çox sağ olun.
Rüfət Babaşov Kürdəmirdən yazır:
Möhtərəm cənab Prezident.
Əvvəla Sizi salamlayıram. Siz xalqımızın həm çətin, həm də yaxşı günlərində onun yanında olursunuz. Dünyanı bürüyən pandemiyanın ölkəmizdə yayılmasının qarşısını almaq üçün dərhal qabaqlayıcı tədbirlərin görülməsi barədə tapşırıq və göstərişlər verdiniz. Sərhədlər bağlandı, rayonlarda, o cümlədən Kürdəmirdə dezinfeksiya işləri aparıldı. Xalqımızın sağlamlığını düşünərək “Evdə qal!” çağırışı etdiniz.
Cənab Prezident, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Mən Sizinlə fəxr edirəm və Sizə təşəkkürümü bildirirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizin arxanızdayıq.
Zaqatala rayonundan Gülafət Qurbanova yazır:
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Lakin Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil edildi, əhalinin qorunması ön plana çəkildi. Dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdən bütün təbəqələrdən olan insanlar yararlanıb.
Cənab Prezident, biz Sizin apardığınız daxili və xarici siyasətinizi tam dəstəkləyirik. Bunun səbəbi isə Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Belə bir çətin günlərdə xalqın taleyini düşünərək gördüyünüz bütün qabaqlayıcı tədbirlərə görə Sizə sonsuz təşəkkürümü bildirirəm.
Möhtərəm cənab Prezident, Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, dövlətimizin davamlı yüksəlişi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Ulu Tanrı Sizi və xalqımızı qorusun.
Cəbrayıl rayonu, Xələfli qəsəbəsindən Nüsrət Hümbətəliyev qeyd edir:
Əziz Prezidentimiz.
Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz qərarlar nəticəsində ölkəmiz pandemiya ilə qətiyyətlə mübarizə aparır. Biz əminik ki, xalqımız məhz Sizin sayənizdə bu çətin günlərin öhdəsindən asanlıqla gələcək. Bu, onu sübut edir ki, güclü və müdrik lider xalq üçün əsas amildir. Sizin xalqa göstərdiyiniz diqqət və qayğı biz vətəndaşların yaxşı yaşamasına və rifahımızın yüksəlməsinə xidmət edir. Hazırda ölkəmizdə özümü təhlükəsizlikdə hiss edirəm və bu, Sizin sayənizdədir.
Cənab Prezident, buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.
Ağsu rayonunun Qaraqaşlı kənd sakini Sübhan Bəşirov yazır:
Möhtərəm cənab Prezident.
Biz Sizin bütün çıxışlarınızı diqqətlə izləyirik və hər dəfə əmin oluruq ki, daim xalqın yanındasınız, onun halından xəbərdarsınız.
Əziz Prezidentimiz, Siz də əmin ola bilərsiniz ki, xalq da Sizin yanınızdadır. Ulu Öndərimiz vaxtilə demişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Sizin sayənizdə bu kəlmələr həyata keçdi və bu gün həqiqətə çevrildi.
Bu gün xalqımız sağlamlığının qorunması ilə bağlı tədbirlərə görə Siz minnətdardır. Koronavirus təhlükəsi olsa da, vətəndaşlarımız sosial sahədə heç bir çətinlik çəkmədi, aztəminatlı ailələr ərzaq yardımları ilə təmin edildi.
Bunlar təbii ki, Sizin diqqət və qayğınızın təzahürüdür. Buna görə də xalqımıza göstərdiyiniz qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirir, cansağlığı, ailə xoşbəxtliyi arzulayıram. Sizi bizdən, bizi Sizdən heç kim ayıra bilməz.
Şəki şəhəri, Əliyar kəndindən Xatirə Qənbərova yazır:
Əziz Prezidentimiz.
Dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. COVID-19 infeksiyası dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olduğu halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu hər bir Azərbaycan vətəndaşına nümayiş etdirir, xalqımızı qürurlandırır.
Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınız üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tanrı Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun.
İsmayıllı rayonunun Əhən kəndindən Ağasəf Babayevin qeydləri:
Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə sahəsində Sizin qətiyyətli addımlarınız bütün vətəndaşlar kimi, məni də qürurlandırdı. Uzun illər boyu bir ittifaqda fəaliyyət göstərən Avropanın aparıcı dövlətlərinin bir-birinə sərhədlərinibağladığı bir vaxtda Siz ümumbəşəri dəyərlərə sadiqliyinizi bir daha göstərərək, Ümumdünya Səhiyyə Təşkilatına, eləcə də bir neçə dövlətə köməyinizi əsirgəmədiniz. Özlərini dünyanın supergücləri hesab edən dövlətlər iqtisadi fəallığı əsas tutaraqsosial təcrid məsələlərinə qarşı çıxdıqları bir vaxtda iqtisadiyyatımızın gündəlik yüz milyonlarla manatlıq itkisinə baxmayaraq, qeyd etdiniz ki, Sizin üçün ən vacib məsələ xalqımızın, vətəndaşlarımızın sağlamlığıdır. Bu, Sizin və Mehriban xanımın biz vətəndaşlara qayğınızın ən yüksək göstəricisidir.
Biz bilirik ki, bütün çətinliklərə baxmayaraq, Siz dövlətimizin daxili imkanları hesabına sadə vətəndaşların, sahibkarların maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün bütün vacib göstərişləri verdiyiniz və bir daha sübut etdiniz ki, biz birlikdə güclüyük. Bütün bunlara görə bir daha Sizə dərin təşəkkürümüzü bildiririk.
Fürsətdən istifadə edərək müqəddəs Ramazan ayının başlanması münasibətilə Sizi, ailənizi və pandemiya ilə mübarizədə fədakarlıq göstərən komandanızı təbrik edirik. Uca Allah Sizi, doğmalarınızı və ətrafınızda sıx birləşən Azərbaycan xalqını qorusun.
Lahıc-Dəmirçi yolunun üzərində yerləşən, qədim tarixi və əsrarəngiz təbiəti ilə seçilən Əhən kəndində Uca Allahın izni ilə Sizin qədəmlərinizə qurban kəsmək diləyi ilə…
Fəxri Əsədov Ağcabədi rayonundan yazır:
Möhtərəm cənab Prezident.
Bütün dünyanı cənginə alan koronovirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi məni çox sevindirdi. Müdrik siyasətiniz və bütün uzaqgörən addımlarınız Azərbaycan ərazisində virusun geniş yayılmasının qarşısını aldı. Sahibkarlara və işsiz vətəndaşlara verilən dəstək proqramları onu göstərir ki, Siz Prezident seçilərkən verdiyiniz sözə sadiq qalaraq hər bir Azərbaycan vətəndaşının yanındasınız. Sizin xalqa xidmətiniz bugünkü və gələcək nəsillər üçün bir nümunədir. Biz Sizinlə qürur duyuruq. Biz birlikdə güclüyük.
Ağstafa rayonunun Həsənsu kəndindən Günay Məmmədli:
Hörmətli cənab Prezident.
Bu məktubu Sizə işlərini daim diqqət mərkəzində saxladığınız bir könüllü kimi yazıram. Əvvəla onu deyim ki, dünya dövlətləri arasında gündən-günə nüfuzunu artıran bir ölkənin vətəndaşı olduğumuz üçün Sizə minnətdarıq.
Möhtərəm Prezident, hazırda dünyanı ağuşuna alan koronavirus bəlasından bir çox böyük dövlətlərə nisbətən daha az zərər çəkməyimiz Sizin uzaqgörən siyasətinizin, tapşırıqlarınızın nəticəsidir. Xalqımızın sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir gənc olaraq Sizinlə qürur duyuram.
Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm.
Əziz Prezidentimiz, Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və gənc könüllülər olaraq Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun.
Amin Rəhimli Masallı rayonundan yazır:
Möhtərəm cənab Prezident.
Mən Masallı rayon Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Mən Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızda COVID-19 pandemiyası digər ölkələrə nisbətən daha az yayılıb. Bu pandemiyanın az yayılmasının səbəbi Sizin qabaqlayıcı tədbirləri vaxtında görməyinizdir. Bu tədbirlər öz nəticəsini göstərir. Bu çevikliyə görə hər bir Azərbaycan vətəndaşı Sizə dərin minnətdarlığını bildirir. Məktəblər bağlı olsa da biz evdə dərslərimizi yerinə yetiririk. Biz şagirdlər məktəbin açılmasını səbirsizliklə gözləyirik. Mən inanıram ki, COVID-19 pandemiyası aradan qalxacaq və Azərbaycan xalqının həyatı əvvəlki axarına qayıdacaqdır. Sizə dərin minnətdarlığımı bildirirəm, mənim əziz Prezidentim. Biz birlikdə güclüyük.
Quba rayonunun Mirzəmmədkənd kəndindən mexanizator Faiq Abduləlimov qeyd edir:
Əziz və hörmətli Prezidentimiz.
Bütün dünyada tüğyan edən, həmçinin ölkəmizdə yayılan koronavirus pandemiyasına qalib gəlmək, həmçinin əhalinin sosial rifahının təmin olunması üçün görülən işləri ürəkdən bəyənirik. Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolunu davam etdirərək, ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Sizin uzaqgörən siyasətinizlə ölkəmizdə koronavirusa qarşı uğurla həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlər nəticəsində tezliklə pandemiya üzərində qələbə qazanacağımıza əminik. Tərəfinizdən imzalanmış sərəncamlar və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi sayəsində ölkəmizdə bu qorxulu pandemiyanın yayılma tempini aşağı salmaq mümkün oldu.
Sizin və Birinci vitse-prezident Mehriban xanımın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın daha gözəl, daha qüdrətli olmasına, insanlarımızın daha xoşbəxt və firavan yaşamasına xidmət edir. Vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Sizin əməyiniz qarşısında baş əyirik və əminik ki, xalqımız Sizin bu zəhmətinizi heç vaxt unutmayacaq.
Orxan Quliyev Beyləqandan yazır:
Möhtərəm cənab Prezident.
Hazırda bəşəriyyət koronavirus pandemiyasının yaratdığı problemlərlə, böhranlarla üz-üzə qalmışdır. Pandemiya təhlükəsinin miqyası inkişaf etmiş dövlətlərin düşdüyü dəhşətli vəziyyətdə öz əksini tapmışdır. Belə bir fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, gördüyünüz qabaqlayıcı tədbirlər, əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən işlər Sizin Azərbaycan xalqı üçün qayğıkeş Lider olmağınızın təzahürüdür.
Siz şəxsiyyətindən, yaşından, dinindən və irqindən asılı olmayaraq, hər bir vətəndaşımızın yanında olub, problemlərinin həlli üçün tapşırıqlar vermisiniz. Xarici media orqanlarında Azərbaycanın pandemiya ilə mübarizə modelinin nümunə kimi göstərildiyini, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun COVID-19-un təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin siyasətinizi və atdığınız addımları təqdir etdiyini görəndə fəxarət hissi keçirdim.
Xalqımızın rifahı üçün göstərdiyiniz xidmətə görə Beyləqan rayonunun gəncləri adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB