Siyəzən rayonunda videokonfrans keçirilib

Siyəzən rayonunda videokonfrans keçirilib

Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonun ərazi dairələri üzrə nümayəndələri ilə internet üzərindən videokonfrans keçirib. Bildirilir ki, əvvəlcə icra başçısı 11 inzibati ərazi dairəsi üzrə nümayəndəsini dinləmiş onlarda yerlərdə hazırkı vəziyyət barədə ətraflı məlumat almışdır. N.Novruzov Respublikada Karantin rejiminin 31 may 2020-ci il tarixə qədər uzadıldığını və rayonun müxtəlif ərazi vahidlərində karantin qaydalarına vətəndaşların hansı formada əməl etdikləri barədə soruşmuş və əhalinin maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlarını vermişdir.

Daha sonra İcra başçısı bildirmisdir ki, karantin rejiminin tələblərinin yumşaldılmasına baxmayaraq hələ də təhlükə sovuşmuş deyil, pandemiyanın əhali arasında geniş vüsət almaması üçün infeksiyanın qarşısının alınması üzrə aparılan tədbirlərlə əlaqədar RİH başçısı yanında fəaliyyət göstərən operativ qərargahın tövsiyyə və tapşırıqlarına ciddi əməl olunmalıdır. RİH başçısının sərəncamı ilə yaradılmış Siyəzən rayonunda Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin dövründə sahibkarlar və digər şəxslər tərəfindən aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələrə humanitar yardımların verilməsinin əlaqələndirilməsi ilə bağlı ictimaiyyət nümayəndələrindən ibarət işçi qrupunun fəaliyyətinə kömək məqsədilə yerlərdə daha çox yardıma ehtiyacı olan vətəndaşların müəyyənləşdirilməsi RİH başçısı tərəfindən ərazi üzrə nümayəndələrə tapşırıldı.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə