Yaxud tərcümeyi-halı qara ləkəli Əli Kərimli
Bir adam anadan olduğu gündən ancaq pis niyyətdə olursa, o, ömrünün sonunna kimi öz xislətini gizlədə bilməyəcək. AXCP sədri Əli Kərimlinin Saatlıda məskunlaşan yaxın qohumları bu fikri dönə-dönə vurğulayırlar ki, olduğu gündən satqın olub, ətrafında olan uşaqları böhtanlayıb və bu gün də eyni yolu gedir. Göründüyü kimi, bir "siyasətçi"nin (siyasətçi yox, riyakar, satqın) tərcümeyi-halında bu qədər qara ləkələr olsun və dünyanı ağuşuna alan koronavirus kimi bir epidemiyaya qarşı mübarizədə dövlət başçısının apardığı siyasətə bütün dünya dövlətlərinin həsəd apardığı bir zamanda «ev dustağı» adı ilə sosial şəbəkələrdə böhtanlı çıxışlarla xalqı mitinqlərə səsləməsi, ancaq həyasızlıq və iblis xislətdi olmasından doğur. Bir də, bu «şeytanla da iş birliyi quran» cinayətkar Əli Kərimlinin xəmiri belə yoğrulub. Necə deyirlər- qozbeli qəbir düzəldər. Görünür hələ də qəbir də Əli Kərimlini düzəldə bilməyəcək. Və belə pandemiyaya qarşı mübarizənin aparıldığı bir məqamda, görünür əlinə fürsət düşdüyünü planlaşdıran AXCP sədri özünün "birləşmiş müxalifətin lideri" və yaxud da «ana müxalifət» olduğuna çatmaq üçün bu virus götürülənə kimi ölkədə qarışıqlıq yaratmaq istəyir. Ancaq dar dayazlı, kif atmış təfəkkürlü satqın və cinayətkardan bundan savayı nə gözləmək olar? Həqiqətən də, bu o Ə.Kərimlidir ki, siyasi karyerası boyunca təmsil olunduğu düşərgədə daim dağıdıcılıq fəaliyyəti ilə tanınıb. Bütün ittifaqları dağıtmağa çalışıb. Faktlar, sübutlar...
Ə.Kərimlinin son 20-25 ildə dağıdıcı məqamları...
1995-ci ilin payızında Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilər. Bu o vaxtlar idi ki, mərhum Əbülfəz Elçibəy təşkilatına - AXC(P)-ə Kələkidən tam nəzarət edə bilmirdi. Bundan istifadə edən Ə.Kərimlinin "Yurd"laşdırılmış nəzarəti "at oynadırdı". Bundan sonra da Əli Kərimli müxalifət düşərgəsində birlik təşəbbüslərinə sarsıdıcı zərbələr vurdu. 2000-ci ilin parlament seçkilərində ortaya qoyduğu mövqe yəqin çoxlarının yaddaşından hələ də silinməyib. Yenə də Müsavatla AXCP-nin seçkiyə "vahid siyahı" ilə getmələri təşəbbüsü Ə.Kərimli tərəfindən "vuruldu". Seçkidən sonra isə müxalifətin tutduğu vahid mövqeyə qarşı çıxmaqla Əli Kərimli növbəti missiyasını yerinə yetirmiş oldu. Və bu gün Əli Kərimli kimlərəsə boşuna qucaq açmır. Elə məşhur bir aforizmdə deyildiyi kimi, onları sevdiyi üçün qucaqlamır, sevmədiyi üçün qucaqlayır. Ki, bağrına basıb, elə möhkəm sıxsın ki, boğulsunlar...
Bax, bu reallıqdır ki, Əli Kərimlinin yanında olmaq, ona inanmaq, güvənmək minalanmış ərazi ilə yol getmək qədər riskli və təhlükəlidi. Və Ə.Kərimli bir reallığı anlamalıdır ki, növbəti dəfə özünü "müxalifətin vahid lideri" olaraq təqdim edib və bu vasitə ilə onun aldadıcı çağırışlarına inanan müxalifət partiya sədrlərini özündən "asılı" vəziyyətdə olduğunu nümayiş etdirməyə cəhd göstərsə də artıq müxalifət bu cinayətkarın hansı xislətdə olduğunu bilir. Və elə buna görə də, artıq növbəti mitinq keçirəcəklərini də bəyan edən Ə.Kərimlinin bu çağırışlarına müsbət deyil, mənfi rəylər verilməyə başlanılıb. Və Əli Kərimli kimilər bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin yalı ilə bəslənənləri tarix heç vaxt bağışlanmır.
Eynulla Fətullayev: "Əli Kərimli müxalifət düşərgəsinin xəyanətkar tülküsüdür"
Vaxtında deyib bu sözü jurnalist Eynulla Fətullayev: "Əli Kərimli müxalifət düşərgəsinin tülküsüdür. Bütün tülkü və xəyanətkar siyasəti ilə". Bəli, bu gün bu tülkü siyasətçi, cinayətkar Ə.Kərimli ilə bağlı xarici qüvvələrin göndərdiyi maliyyə ilə ölkədə təxribatlar törətmək istəyi faktları sübuta yetirildiyi bir halda utanmadan mitinq iddiasına düşməsi bir daha AXCP sədrinin erməniliyini və tülkülüyünü təsdiqləyir. Və bu cinayətkar, əxlaqsız erməni nökəri Ə.Kərimli elə zənn edir ki, bəlkə hamının başı virusa qatıldığı bir zamanda «istəyinə» çatacaq? Bu mümkün olmayacaq. Çünki xalq Əli Kərimli kimi satqınların etdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edir. olmayacaq. Çünki xalq, xüsusilə gənc nəsil ölkəmizdə demokratik proseslərin inkişafını yüksək dəyərləndirir və bu şəraiti yaradan, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirən dövlət başçısının siyasi xəttini dəstəklədiklərini bəyan edirlər. Milli maraqlardan millilikdən uzaq olan xəyanətkar qüvvələrin çağırışlarına isə məhəl qoyan yoxdur.
Sonsuz saxtakarın yeri….
Bəli, Ə.Kərimli saxtakarlığı sonsuzdur. Baxın: Moskvadan hər ay "Milli Şura" və AXCP adlı qurumlara nə az, nə çox - 412 min dollar vəsait daxil olub. Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 140 min dollar, Avropa İttifaqı Nümayəndəliyi Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) və Qeyri-Dövlət İştirakçıları (QDİ) proqramları çərçivəsində 9 milyon manata yaxın vəsait, Avropa Komissiyasının xəttilə ayrılan 2.7 milyon avro, ABŞ-ın Azərbaycandakı səfirliyindən 15322 dollar, Dünya Bankından 10500 dollar, "Revenue Watch Institute" (ABŞ) 30000 dollar, "Asiya İnkişaf Bankı" üzrə QHT Forumundan 4720 dollar, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan (NED) 40250 dollar, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən 5000 funt sterlinq, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondundan 19615 dollar, yenə də NED-dən 42796 dollar, ABŞ-ın "Kounterpart İnterneşnl" Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyindən 29448 manat, ümumilikdə isə, iki ildə 210.000 dollar, ABŞ-ın Marşal Fondundan (GMF) 21800 dollar, Avropa Birliyindən 120.374 avro, 250 min avro isə əldə olaraq. Bu vəsaitin 60 %-i, yəni 500 min dollara yaxını birbaşa Əli Kərimlinin şəxsi büdcəsinə daxil olub. Məhz bu faktlardan sonra Ə.Kərimli görəsən hansı "üzlə" mitinq çağırışı edir? Yeri gəlmişkən, biz bu sıralamaya Ə.Kərimlinin mühacir biznesindən və digər qaranlıq sahələrdən əldə etdiyi gəlirləri də əlavə edəriksə, daha çox milyonluq rəqəmlərin şahidlərinə çevrilmiş olarıq.
Bu həqiqətən də belədir. Vətən xainlərinin torpağına, elinə, obasına ermənidən betər qənim kəsilən namərdlər heç vaxt kişi sayılmayıb. Ancaq xalqın nifrətinə məruz qalıblar. Bax, bu marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib özgə yalı ilə yallanmaqla heç nəyə nail olmaq deyil. Və Əli kərimlililər bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri isə tarix heç vaxt bağışlamır. Bunu Əli Kərimli kimi parazitlər anlamağa məcburdurlar.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB