“Park City” Tikinti Şirkətindən aztəminatlı ailələrə Ramazan payı

“Park City” Tikinti Şirkətindən aztəminatlı ailələrə Ramazan payı

Məlumdur ki, ötən ilin sonlarından dünyanı ağuşuna almış koronavirus adlı Covid-19 pandemiyası ölkəmizdən də yan ötməyib. Sevindirici haldır ki, ölkə başçımızın səyi və həkimlərimizin, polislərimizin, əsgərlərimizin , ümumiyyətlə, insanlarımızın fədakarlığı nəticəsində bu xəstəlik məmləkətimizdə çox az itgi ilə nəticələnib.

Bu gün də hamı bu xəstəliklə çox ciddi mübarizə aparır. Xəstəliyə tutulanlar tezliklə sağalıb evlərinə qayıdırlar. Ölkə rəhbəriniz cənab İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla güclü mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu, doğrudan da böyük alqışa layiqdir. Həmvətənlərimiz də bu fərmanı yüksək səviyyədə dəstəkləyir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına əsasən bu istiqamətdə görülən tədbirlər də lazım olan səviyyədə davam etdirilir. Bununla bağlı karantin rejimi ilə əlaqədar sosial müdafiəyə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə yardım verilir, ehtiyacları ödənilir. Həmvətənlərimiz də bundan çox razı qalırlar. “Park City” Tikinti Şirkətinin rəhbərliyinin təşəbbüsü ilə mövcüd vəziyyət və Ramazan ayı ilə əlaqədar Neftçilər, Masazır, Xırdalan, Nərimanov daxil olmaqla, Bakı və Abşeronun rayon, qəsəbə və kənlərində, eləcə də İmişli, Saatlı rayonlarında bu şirkət tərəfindən 350-yə yaxın aztəminatlı ailəyə, yaşlı və tənha insanlara ərzaq və gündəlik istifadə üçün lazım olan məhsullardan ibarət bağlamalar hədiyyə olunub. Bu xeyirxah iş bundan sonra da şirkət tərəfindən davam etdiriləcək. Şirkətin rəhbərliyi ölkə başçımızın bu xeyirxah əməlini dəstəkləyir və hər an özlərinin işlərilə bunu sübut edirlər.

İlhamə MƏHƏMMƏDQIZI,

Şairə-jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə