Dünyanın demək olar ki, bütün ölkələrinə yayılan koronavirus epidemiyasının təsiri ölkədən ölkəyə fərqlənir. Epidemiya bəzi ölkələrdə səhiyyə sistemini iflasa uğratsa da, yanında olan qonşu ölkədə o qədər də effekt göstərmir. SİA-nın araşdırmasına görə, məsələn, İranda minlərlə insanın ölümünə səbəb olan epidemiya, qonşusu İraqdakı rəsmi məlumatlara görə indiyə qədər 100-dən az adamın ölümünə səbəb olub.
Fransa, İtaliya və İspaniya kimi Qərbi Avropa ölkələrinin hər birində ən az 25 min adam öldüyü halda, qonşu ölkə Almaniyada 5 May tarixindəki məlumatlara görə bu rəqəm 7 mindən azdır. Dominik Respublikasında hadisələrin sayı 7 mindən çox olduğu halda, qonşusu Haitidə isə yalnız 85 hadisənin olduğu bildirilib. Avropada epidemiyadan ən çox əziyyət çəkən ölkə İtaliyada ölkənin şimalı digər bölgələrinə nisbətən daha çox təsirlənib.
Epidemiyanın niyə bir yerdə daha ölümcül olduğu və başqa yerlərdə daha az təsirli olması sualına hələ də cavab tapılmayıb. Hazırda dünyada koronavirusla bağlı yüzlərlə araşdırma aparılır. Bəzi tədqiqatlar virusun təsirinin genetik fərqə görə dəyişib dəyişmədiyinə yönəlib.
İsti iqlimlərə və gənc əhaliyə sahib bir çox ölkənin virusdan çox təsirlənməməsi, virusun isti havalarda təsirli olmaması fikrini gücləndirir, lakin Braziliya Peru və İndoneziya kimi isti ölkələrdə hadisə sayının artması istilik faktorunu geri plana atır.
Demək olar ki, bütün mütəxəssislər sosial məsafə qaydalarının yayılmanın virusun təsirini azaltması ilə razılaşırlar, lakin hələ də bu qaydanı tətbiq etməyən ölkələr var və həmin ölkələrdə bu günə qədər çox az hadisə görülüb. İlk başlarda Rusiya və Türkiyənin də epidemiyadan çox çox təsirlənmədiyi görüldü, ancaq test etməyə başlandıqdan sonra hadisələr sürətlə təsbit edilməyə başlandı.
Epidemiyanın bir çox ölkədə azalmağa meylli olması bunun sona yaxınlaşdığı anlamına gəlmir. 1900-cü illərin əvvəllərində yaranan İspan qripi yayda sona çatdı, lakin qışa doğru ikinci dalğa olaraq geri döndü və milyonlarla insanın ölümünə səbəb oldu.
New York Times-a danışan Harvard Qlobal Sağlamlıq Tədqiqatları İnstitutundan doktor Aşish Jha bildirir ki, biz hələ də epidemiyanın başlanğıcındayıq.
Erkən nəticəyə gəlməyin təhlükəli olduğunu bildirən mütəxəssislər ümumiyyətlə virusun ölkədən ölkəyə demoqrafik, mədəniyyət, ətraf mühit baxımından fərqlənməsindən və hökumətin epidemiya ilə mübarizəsinin sürətindən və formasından asılıdır.
Bununla birlikdə virusun gedişatı və təsiri araşdırıldıqda, demoqrafiya, mədəniyyət və iqlim kimi faktorların hər birində epidemiyanın təsirli olduğu düşünülən ziddiyyətli vəziyyətlərin olduğu görülür. Məsələn, demoqrafik amili nəzərə alaraq, epidemiyanın yaşlı əhalisi olan ölkələrdə daha təsirli olduğu ifadə edilir, lakin dünyanın ən yaşlı əhalisi olan Yaponiya bu epidemiyadan çox təsirlənmir. Mədəni faktoru nəzərə alsaq, Uzaq Asiya ölkələrində insanların əl-ələ verərək görüşməməsi epidemiyanın təsirini azaldır. Ancaq İraq kimi insanların sıx təmasda olduğu ölkədəki qonşu ölkələrlə müqayisədə hadisələrin sayının çox az olması ekspertlərin düşünməsinə səbəb olan digər amildir. Nəticədə mütəxəssislər, baş verən hadisələrin bir-birinə çox yaxın yerlər arasında belə fərqli nəticələrə səbəb olduğu sualına tək bir cavabın olmayacağını iddia edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB