"Hakimlərin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi qəbul edilsin" TƏKLİF

"Hakimlərin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi qəbul edilsin" TƏKLİF

“İnkişaf etmiş Avropa ölkələrində hər 100 nəfər əhaliyə 15 nəfər hakim düşür”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı millət vəkili deyib.

O bildirib ki, Məhkəmə-Hüquq Şurası məhkəmələrə günün tələblərinə cavab verən hakimlərin təyin edilməsi istiqamətində yol xəritəsi hazırlamalıdır: “Çox təəssüf ki, bəzən sosial şəbəkələrdə kimsə hansısa məhkəmənin qərarından narazı qalır və hakimin şəklini yerləşdirirlər. Hakimlər o insanlara cavab verə bilmir. Hakimlər qərarı Azərbaycan Respublikası adından verir. Ancaq dövlətin adından danışan hakimlərə qarşı çox asan şəkildə sosial şəbəkədə qaralama kampaniyası aparırlar. Təklif edirəm ki, hakimlərin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi qəbul edilsin. Digər tərəfdən hakimlərin tərcümeyi-halında hansısa dövlət mükafatı görmədim. Ona görə çox istərdim ki, müvafiq təşkilatlar bu məsələni nəzərə alsınlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə