5 yaşlı uşağın aksiyada iştirakına münasibət bildirən Hicran Hüseynova analara müraciət edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müxalifətin 17 aprel aksiyası zamanı 5 yaşlı uşağın aksiya iştirakçısı kimi hərəkət etməsinə təhrik olunmasına münasibət bildirib. SİA-nın xəbərinə görə, H.Hüseynova bildirib ki, bir valideynin öz məsuliyyətini dərk etməməsi və uşağını hansısa bir mitinqə gətirməsi düzgün deyil. Onun sözlərinə görə, onların həmin hadisədə təsadüfən olması və ya planlaşdırılmış şəkildə iştirak etməsi ilə bağlı komitə tərəfindən araşdırmalar aparılıb.
"Hadisənin araşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyi və aidiyyəti polis idarəsi ilə əlaqə saxladıq ki, onların hansısa bölmədə saxlanıb ya yox? Belə bir şey olmayıb, onları polislər saxlayıblar və bir müddətdən sonra evlərinə qayıdıblar. Bu hadisənin baş verməsində qadının məsuliyyətsizliyi var. Ana öz uşağını təhlükəli vəziyyətə gətirib çıxarır. Mən analara müraciət etmək istərdim ki, onlar məsuliyyəti dərk etsinlər. Artıq vaxtı gəlib çıxıb ki, digər ölkələrdə olduğu kimi valideynin məsuliyyətinin artırılması üçün belə hallar zamanı dövlət tərəfindən onlara cəzalar verilsin. Amma bu hadisəni belə şişirtmək, informasiya səviyyəsində bütün kanallara yaymaq şübhə yaradır. Balaca bir faktın bu qədər böyüdülməsi şübhəyə səbəb olub. Bu və digər məsələlərdə valideynin məsuliyyəti artmalıdır. Valideyn öz məsuliyyətini dərk etmədisə, gərək dövlət bu məsuliyyəti həyata keçirsin", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB